Son 3 ildə Azərbaycanda sığorta haqları 67,8% artaraq 1 milyard 223 milyon manata çatıb. Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O bildirib ki, hesabat dövründə sığorta bazarının aktivlərində 34,2% artım müşahidə olunub.
"Sığorta ödənişlərinin həcmində də 26,3% artım var. Sektorun daxili məhsulda payı 1%-i keçib. Hesablamalarımıza görə bu payı 2%-ə çatdırmaq olar", - Kazımov aprelin 16-da Bakıda keçirilən "Insurtech" zirvə toplantısında bildirib.
2024-cü ilin iki ayında Azərbaycanda sığorta xətti ilə 239,719 milyon manat yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% çoxdur.
2023-cü ildə Azərbaycanda sığorta üzrə yığımlar 1 milyon 929 min manat təşkil edib, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 720 min manat çoxdur.
Hazırda ölkə üzrə 17 sığorta bazarı fəaliyyət göstərir.
Gülnar
www.anews.az