EN

Azərbaycanın sığorta bazarı 8 % böyüyüb

Bu ilin yanvar-mart aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 373,14 milyon manat sığorta haqqı toplanılıb.

İnterpress.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,6 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 153,327 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 49,9 % çoxdur.

Ötən 3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 29,5 manat olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
10
Sources
Comment ()
Close