COP28-in dekabrın 11–də keçirilən plenar iclasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29 Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edildi. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Ötən ilin dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsi olaraq Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkdi. Bir sözlə, Ermənistan Azərbaycana dəstək oldu. O zaman COP-29-da Ermənistanın yüksək səviyyəli nümayəndə heyətinin iştirakı gözləniləndirmi?
Mövzuya münasibət bildiriən Gənc Nəslin Maarifləndirilməsi İctimai Birliyinin sədri Mikayıl Həsənli qeyd etdi ki, sülh müqaviləsinin baza prinsipləri razılaşdırılırsa, bu mümkündür:
“Namizədliyin geri çəkilməsi əməkdaşlıq meyllərinin təzahürü idi. Məncə, danışıqlar hazırkı müsabət tempdə davam etsə, bu baş verəcək. Baş nazir olmasa da, yüksək səviyyəli nümayəndə heyətinin iştirakı gözləniləndir”.
Emin ŞİRVANZADƏ