EN

Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib

DİN yanında İctimai Şuranın keçirdiyi tədbirdə QHT-lər təkliflərini dövlət qurumlarına təqdim ediblər

Daxili İşlər Nazirliyi yanında İctimai Şura və  "Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin birgə təşəbbüsü ilə 19 aprel 2024-cü il tarixdə  "Kibercinayətkarlıq hallarına qarşı mübarizədə ictimai maarifləndirmə və məlumatlandırma: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda İctimai dinləmə keçirilib İctimai dinləmənin keçirilməsində məqsəd  kibercinayətkarlıq hallarına qarşı mübarizədə ictimai maarifləndimə sahəsində görülən işlərin dəyərləndirilməsi və bu istiqamətdə fəaliyyətinin mövcud ehtiyaclar və yeni çağırışlara uyğun qurulması üçün fikir mübadiləsinin aparılması, ictimaiyyətin rolunun gücləndirilməsidir.

Tədbirdə Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ombudsman Aparatının, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri, DİN yanında İctimai Şura üzvləri və QHT təmsilçiləri iştirak ediblər. Ümumlikdə, tədbirə 50 nəfər iştirakçı qatılıb. 

DİN yanında İŞ sədri Əliməmməd Nuriyev  "Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə və məlumatlandırma: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda təqdimatla çıxış edib. Ə,Nuriyev kibercinayətkarlıq hallarına qarşı mübarizədə tərəfdaşlıq və əməkdaşlıq modelləri, İctimai Şura və QHT-lərin əhalinin maarifləndirilməsində rolu, eyni zamanda dövlət qurumlarından bu sahədə gözləntilərlə  bağlı fikirlərini səsləndirib və təkliflər irəli sürüb. 

 DİN  nümayəndəsi, polis mayoru Abbas Rüstəmzadə Nazirlik tərəfindən  kibercinayətkarlıq hallarına qarşı mübarizə sahəsində görülən işlər haqqında  ətraflı məruzə ilə çıxış edib. DİN nümayəndəsi QHT-lərdən gözləntilər və birgə əməkdaşlıq imkanları haqqında öz fikiləri ilə bölüşüb və sualları cavablandırıb.

Baş Prokurorluğun, Ombudsman Aparatının, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri qanunvericliyin təkmilləşdirilməsi, əhalinin məlumatlandırılması, qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təkliflər irəli sürüblər.

QHT nümayəndələrindən Mehriban Zeynalova, Osman Gündüz, Samir Həsənov, Hafiz Həsənov, Eynulla Xeyrullayev, Məshəti Hüseynova, Büllur Məmmədova və digərləri rəy və təklifləri ilə bölüşüblər. 

 "Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli bildirib ki, ictimai dinləmədə aparılan müzakirələr və  sələnmiş təkliflər bir daha göstərib ki, əməkdaşlığın gücləndirilməsi üçün səylər artırılmalıdır. 

Ə.Nuriyev bildirib ki, təkliflər sistemləşdiriləcək və İctimai Şura adından müvafiq dövlət orqanlarına təqdim ediləcək.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
3
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23353
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16193
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14560
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11446
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
11240
Helikopterin qalıqları tapılıb
9901
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7238
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6710
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5426
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5332
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5327
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4178
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4093
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3641
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2908
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2167
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1820
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1724
Azərbaycan nefti ucuzlaşdı
1706