AZ

Kibercinayətkarlığa qarşı mübarizə müzakirə edildi

Daxili İşlər Nazirliyi yanında İctimai Şura və  “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin birgə təşəbbüsü ilə 19 aprel 2024-cü il tarixdə  “Kibercinayətkarlıq hallarına qarşı mübarizədə ictimai maarifləndirmə və məlumatlandırma: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda İctimai dinləmə keçirilib.

 

Modern.az xəbər verir ki, ictimai dinləmənin keçirilməsində məqsəd kibercinayətkarlıq hallarına qarşı mübarizədə ictimai maarifləndimə sahəsində görülən işlərin dəyərləndirilməsi və bu istiqamətdə fəaliyyətinin mövcud ehtiyaclar və yeni çağırışlara uyğun qurulması üçün fikir mübadiləsinin aparılması, ictimaiyyətin rolunun gücləndirilməsidir.


Tədbirdə Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ombudsman Aparatının, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri, DİN yanında İctimai Şura üzvləri və QHT təmsilçiləri iştirak ediblər. Ümumlikdə, tədbirə 50 nəfər iştirakçı qatılıb. 


DİN yanında İŞ sədri Əliməmməd Nuriyev  “Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə və məlumatlandırma: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda təqdimatla çıxış edib. Ə,Nuriyev kibercinayətkarlıq hallarına qarşı mübarizədə tərəfdaşlıq və əməkdaşlıq modelləri, İctimai Şura və QHT-lərin əhalinin maarifləndirilməsində rolu, eyni zamanda dövlət qurumlarından bu sahədə gözləntilərlə  bağlı fikirlərini səsləndirib və təkliflər irəli sürüb. 

 

DİN nümayəndəsi, polis mayoru Abbas Rüstəmzadə Nazirlik tərəfindən  kibercinayətkarlıq hallarına qarşı mübarizə sahəsində görülən işlər haqqında  ətraflı məruzə ilə çıxış edib. DİN nümayəndəsi QHT-lərdən gözləntilər və birgə əməkdaşlıq imkanları haqqında öz fikiləri ilə bölüşüb və sualları cavablandırıb.
Baş Prokurorluğun, Ombudsman Aparatının, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri qanunvericliyin təkmilləşdirilməsi, əhalinin məlumatlandırılması, qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təkliflər irəli sürüblər.


QHT nümayəndələrindən Mehriban Zeynalova, Osman Gündüz, Samir Həsənov, Hafiz Həsənov, Eynulla Xeyrullayev, Məshəti Hüseynova, Büllur Məmmədova və digərləri rəy və təklifləri ilə bölüşüblər. 

 

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli bildirib ki, ictimai dinləmədə aparılan müzakirələr və  sələnmiş təkliflər bir daha göstərib ki, əməkdaşlığın gücləndirilməsi üçün səylər artırılmalıdır.


Ə.Nuriyev bildirib ki, təkliflər sistemləşdiriləcək və İctimai Şura adından müvafiq dövlət orqanlarına təqdim ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23324
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12796
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9293
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5570
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5465
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3994
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3647
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3583
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3378
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3274
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2988
Helikopter qəzası ilə bağlı yeni xəbər
2882
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2721
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2597
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2484
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263