Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/2 final mərhələsinin təkrar oyunları keçiriləcək.
İdmanxeber.az xəbər verir ki, günün ilk oyununda “Qəbələ” “Zirə”ni qəbul edəcək. Bu komandaların birinci görüşündə “Zirə” 2:1 hesabı ilə qələbə qazanıb.
Final matçı iyunun 2-də keçiriləcək.
Azərbaycan kuboku, 1/2 final
Təkrar oyunlar
17:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu
İlk oyun 1:2
20:00. “Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun 4:0