EN

Xankəndidə “Qayıdış”ın ilk uşağı doğuldu

Xankəndi xuntasının iflasından sonra şəhərdə normal həyat fəaliyyətini təmin edən ölkə qurumları işçilərinin ailəsində ilk azərbaycanlı körpə dünyaya gəlib.
Şəhərdəki tibb müəssisəsində həyata göz açan oğlan uşağının ata-anası Azər­baycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Regional Sukanal İdarəsinin Xankəndidə çalışan əməkdaşları Abbas Abdullayev və Səadət Namazlıdır. 
Tibb müəssisəsindən bildirilib ki, körpənin dünyaya gəlişini həkim-ma­ma-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatoloq Səbinə Mehdiyeva, assistent Tünzalə Bəşirova uğurla icra ediblər. Hamiləlik müddətində Səadət Namazlının müayinələri vaxtın­da və diqqətlə aparılıb və onun vəziy­yəti daim nəzarətdə saxlanılıb. Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlər göstərilir, onların vəziyyətləri normaldır.
Xankəndidə doğulmuş körpə soyda­şımızın ata-anası oğlana Qarabağı xalqı­mıza qaytarmış, şəhəri separatçı xunta rejiminin tör-töküntülərindən azad etmiş qalib komandanın şərəfinə İlham adını verməyi nəzərdə tutduqlarını söyləyiblər.
Son saatda aldığımız məlumatda de­yilir ki, şəhərdə ilk azərbaycanlının dün­yaya gəlməsinin əlamətdarlığı və mən­zil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə gənc ailəyə Xankəndidə rahat mənzil verilib.
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
126
41
xalqqazeti.az

10Sources