AZ

Macarıstan Xarici İşlər Nazirliyi Rusiyanın nüvə təlimlərini Aİ fantaziyalarının nəticəsi adlandırıb » AzadMedia.az


Rusiyanın taktiki nüvə silahından istifadə üzrə təlimləri Avropa İttifaqı (Aİ) ölkələrinin nüvə silahından istifadə ilə bağlı fantaziyalarının nəticəsidir. MTI agentliyinin verdiyi məlumata görə, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
“Bəs nüvə silahının istifadəsi ilə bağlı fantaziyaların nəticələrindən biri nə idi? Rusiya taktiki nüvə silahından istifadə ilə bağlı təlimlərə başlayıb”, - deyə macar nazir bildirib.
FSB Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Kulişov bir müddət əvvəl NATO-nun Rusiya sərhədləri yaxınlığındakı ərazilərinə nüvə zərbələri endirmək üçün ssenari hazırladığını bildirmişdi.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
50
azadmedia.az

10Mənbələr