İtaliyanın Milan şəhərində gecə saatlarında paketli hazır məhsulların satışını qadağan edən qanunun tətbiq edilməsi planlaşdırılır.
Trend-in məlumatına görə, qadağa pizza, dondurma və digər yeməkləri ehtiva edəcək.
Məlumata əsasən, beləliklə şəhər hakimiyyəti gecə saatlarında şəhər küçələrini bürüyən səs-küylü izdihamla mübarizə aparmaq niyyətindədir. Qadağa may-dekabr dövründə, həftə içi saat 00:30-dan və istirahət günlərində 01:30-dan qüvvədə olacaq. O, yalnız açıq havadakı masalara şamil ediləcək.
Şəhər sakinlərinin apelyasiya vermək və qanunun mətninə dəyişikliklər təklif etmək üçün may ayına qədər vaxtları var.