![ABŞ](https://azertag.az/files/2024/1/1200x630/17139148104790254440_1200x630.jpg)
Bakı, 24 aprel, AZƏRTAC
ABŞ Dövlət katibi Antoni Blinken “açıq” danışıqlar üçün bu gün Çinə gedir. Gündəmə Çinin Rusiya hərbi sənaye kompleksinə dəstəyi, ABŞ-a fentanilin qeyri-qanuni tədarükü, Yaxın Şərq və Tayvan boğazındakı vəziyyət daxildir.
AZƏRTAC xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər verir.
Dövlət Departamenti vurğulayıb ki, səfər zamanı Blinken Pekinin Rusiya Federasiyasının hərbi-sənaye bazasına dəstəyi ilə bağlı Amerika tərəfinin narahatlığını ifadə edəcək. ABŞ Dövlət katibi həmçinin Yaxın Şərq, Hind və Sakit Okeanlardakı, eləcə də Myanmadakı vəziyyəti də müzakirə edəcək .
Ağ Ev nümayəndəsi əlavə edib ki, Amerika tərəfi Çinlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlığın təşviqini də müzakirə etmək niyyətindədir.
Blinkenin səfəri aprelin 26-da başa çatacaq.