EN

İlham Əliyevin Rusiya səfəri: Bakı və Moskva Cənubi Qafqazda yeni reallıqlar formalaşdırır – TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 22-də Moskvaya reallaşan səfəri bir çox məqamlar baxımdan çox böyük tarixi siyasi əhəmiyyət kəsb edir. 

İlk növbədə səfərin əhəmiyyəti Baykal-Amur Magistralının (BAM) tikintisinin 50 illik yubileyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya dəvət edilməsi və təntənəli tədbirdə iştirak etməsi ilə bağlıdır.

Qeyd edək ki, BAM zamanında SSRİ-də ölkənin şərq hissəsi olan Tayqada salınan dünyanın ən nəhəng dəmiryol layihəsi olub. Bu yol indiyədək insan ayağı dəyməyən Tayqa meşələrindən, Sibirin bataqlıqlarından, bir sözlə, çox mürəkkəb coğrafi relyefdən keçərək, Yakutiyayadək çatmalı idi. Bu layihənin icrasında yolla yanaşı, yaşayış massivlərinin, digər sənaye obyektlərinin tikintisi və salınması nəzərdə tutulurdu.

Belə bir mürəkkəb layihənin icrasına nəzarət isə Azərbaycanın ümummilli lideri, SSRİ Nazirlər Sovetinin sədrinin ozamankı birinci müavini Heydər Əliyevə həvalə edilib. Layihənin icrasına nəzarətin Heydər Əliyevə həvalə edilməsi Ümummilli Liderə olan böyük etimaddan irəli gəlirdi. Çünki Kremldə də yaxşı anlayırdılar ki, belə çox çətin və mürəkkəb layihəyə rəhbərlik etməyin öhdəsindən yalnız Heydər Əliyev gələ bilər. Məhz belə də oldu. BAM-ın tikintisinin uğurla icra olunmasında Ulu öndər Heydər Əliyev müstəsna rol oynadı. Heydər Əliyev özü işlərin icrası ilə yerində tanış olmaq üçün BAM-ın tikintisi getdiyi ərazilərə dəfələrlə səfər edib, vəziyyətlə yerində tanış olmuşdu.

Azərbaycan Prezidentinin Moskvaya səfəri zamanı BAM tikintisində iştirak edənlərlə birgə toplantının keçirilməsi həm Ulu öndər Heydər Əliyevin xatirəsinə, həm də cənab Prezident İlham Əliyevə olan hörmətin nümunəsi idi.
Digər tərəfdən isə səfər Ulu Öndərin 100 illik yubileyinə töhfə idi. 2023-cü ildə Ulu Öndərin 100 illiyi ilə bağlı Rusiyada genişmiqyaslı və mötəbər tədbirlər keçirilib və bu da həmin çərçivədə keçirilən növbəti toplantılardan biri idi ki, burada da hər iki ölkənin liderləri iştirak etdi.
Prezidentin Moskvaya səfərinin ikinci böyük tarixi siyasi əhəmiyyəti ondan ibarət idi ki, bu səfər Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılması fonunda baş verirdi.

Bir çoxları hesab edir ki, 10 noyabr 2020-ci ildə 44 günlük müharibənin yekunu olaraq Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan üçtərəfli birgə bəyanatın tələblərinə uyğun olaraq, 2025-ci ilədək Qarabağda yerləşən Rusiya hərbi kontingenti bu əraziləri bir daha tərk etməyəcək. Amma Prezident İlham Əliyevin yürütdüyü uğurlu diplomatiya nəticəsində Rusiya sülhməramlı kontingenti vaxtından 1,5 il əvvəl çıxarıldı. Bu proses iki ölkə liderinin qarşılıqlı anlaşma, hörmət və qərarı əsasında yüksək siyasi mədəniyyət nümayiş etdirilməsi şəraitində baş verdi. Tərəflər beynəlxalq hüquq normaları çərçivəsində bir-birinin mövqeyinə hörmət edərək, bu prosesi uğrula həyata keçirdi.

Necə ki, belə bir proses 2012-ci ildə Qəbələ RLS-dəki Rusiya hərbi bazasının çıxarılması zamanı baş vermişdi. Bu, bir daha onu sübut etdi ki, Azərbaycan Prezidenti beynəlxalq aləmdə necə yüksək diplomatik keyfiyyətlərə malik liderdir.
Üçüncü məqam isə ondan ibarətdir ki, bu, Azərbaycan yerləşdiyi coğrafiyanın şərtlərinə uyğun çox uğurlu çoxvektorulu xarici siyasət yürütməsinin göstəricisidir.

Prezidentin yürütdüyü çoxvektorlu xarici siyasətin əsas mahiyyəti Cənubi Qafqazda marağı olan güclərin və ölkələrin maraqlarının toqquşmasına deyil, onların uzlaşdırılaraq, bölgənin inkişafına xidməti təmin edir.

Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan Qərblə Şərq, Şimalla Cənub, Qərblə Cənub Şərqi Asiya arasında ciddi qovşaq rolunu oynamaqdadır. Bir cümlə ifadə etsək cənab İlham Əliyevin yürütdüyü xarici siyasət qonşu və regiondan kənar dövlətlərlə münasibətlərdə etibarlılıq, qarşılıqlı faydalı əməkdaşlığa xidmət edən münasibətlərin qurulmasına əsaslanır. Bu da Azərbaycanı bölgədəki digər ölkələrdən fərqləndirən əsas cəhətdir.

Ermənistanın bu gün bölgəni maraqlı güclərin toqquşma məkanına çevrimək niyyəti ortadadır. Azərbaycan isə yürütdüyü tarazlı, düşünülmüş siyasəti ilə bölgədə sabitlik adası yaratmaqla Cənubi Qafqazı əməkdaşlıq, sülh, əmin-amanlıq bölgəsinə çevirmək yolunu seçib. Nə qədər çətin və mürəkkəb olsa da, bu yolda da uğurlara imza atılmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyevin Moskva səfərini bu prizmadan qiymətləndirmək lazımdır. Çünki bu səfər təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, ümumilikdə regionun gələcək inkişafına öz töhfəsini verəcək tarixi səfərdir.

Düzdür, bəzi güclər, xüsusən də Ermənistanın Qərbdəki havadarları səfərin Azərbaycanın bölgədə yaratdığı reallığı həzm etməyərək, ona qarşı çıxmağa cəhdlər edir. Bunun üçün Ermənistan vasitəsi ilə Cənubi Qafqazda gərginlik yaratmaq və bu yolla region ölkələri arasında qarşılıqlı etimad, əməkdaşlıq münasibətlərini pozmağa çalışırlar. Həmin güclər hətta Ermənistanı bölgədə hərbi təxribatlara sövq etməkdən belə çəkinmirlər.

Lakin Azərbaycan Prezidenti yürütdüyü uğurlu diplomatiya nəticəsində düşmənlərin bütün bu məkrli oyunlarını iflasa uğratmaqdadır. Elə Ermənistanın qansız-qadasız Qazaxın məlum 4 kəndini geri qaytarması da bunun bariz nümunəsidir. 4 kəndin danışıqlar yolu ilə geri qaytarılması Azərbaycan diplomatiyasının müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazdığı möhtəşəm qələbədir.

Əminliklə qeyd edə bilərik ki, istər Azərbaycan Prezidentinin Moskva səfəri, istərsə də regionda yürütdüyü uğurlu siyasət tez bir zamanda Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və sıx əməkdaşlıq formatının yaranmasına öz töhfəsini verəcək.

Nəsimi Ələsgərli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
142
34
Sources
Comment ()
Close

Rating

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
18884
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11927
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5375
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5291
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
4589
Rəisi öldü, Pakistanda matəm elan edildi
3757
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3316
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3232
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3034
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2800
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2672
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2646
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2378
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2276
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2026
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1930