EN

Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR

25 iyul 2023-cü il tarixdə saat 4 radələrində Qubada qayınatasına məxsus evə gizli daxil olaraq, orada arvadı - 24 yaşlı Rəvanəni amansızlıqla qətlə yetirən 26 yaşlı Rəşadın telefonundan 1 saat 49 dəqiqəlik səs yazısı tapılıb.

 

Publika.az-ın əldə etdiyi məlumata görə, istintaqla müəyyənləşdirilən səs yazısının həmin gecə lentə alındığı məlum olub. Səs yazısından Rəşadın hadisəni törətməsi barədə məlumat verməsinədək baş verənləri anbaan əks etdirməsi məlum olub. Telefonun “Səsyazan” proqramına daxil olduqda “ölüm” adlı 1 saat 48 dəqiqə 43 saniyəlik səs yazısının məzmunundan görünür ki, Rəşad Rəvanəni qətlə yetirmə anını qeydə alıb.

 

Həmin səs yazılarında o, arvadının yatmış vəziyyətdə olduğunu, sağ çiyin üzərində yatdığını, yatmış vəziyyətdə öldürəcəyini, ürək nahiyəsindən zərbə endirəcəyini bildirir, bundan sonra isə bıçaqla zərbələr endirir. Bu zaman zərərçəkmiş şəxs yuxudan oyanaraq Rəşadın adını çəkir, daha sonra Rəvanənin səsi kəsilir və ağlayan uşaq səsi gəlir. Bundan sonra Rəşad qayınatasının evində qışqıraraq evdəki digər şəxsləri oyadır və arvadını qətlə yetirdiyini deyir.

 

Araşdırmalar zamanı o da məlum olub ki, Rəşad və Rəvanə arasında münasibətlər hadisədən bir neçə ay əvvəl pozulub və qadın ərindən şikayət edib. Arvadını döydüyünə görə, Rəşad həbs edilib. O, həbsdə olarkən Rəvanə atası evinə gedib, həmçinin "TikTok" vasitəsilə tanış olduğu oğlanla sevgili münasibətinə başlayıb. Rəvanə Vüsal adlı həmin şəxslə birgə Türkiyəyə istirahətə də gedib. Həbsdən çıxan Rəşad həyat yoldaşına əvvəlcə barışmağı təklif etsə də, sonra onu qətlə yetirmək qərarına gəlib və qayınatasının evdə olmadığı vaxt gecə saat 4 radələrində gizli şəkildə mənzilə daxil olaraq arvadını amansızlıqla öldürüb.
Rəşad Güliyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 və 157-ci (xüsusi amansızlıqla və köməksiz halda olan adamı öldürmə, mənzil toxunulmazlığını pozma) maddələri ilə təqsirli bilinib.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə o, 16 il 8 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
50
Sources
Comment ()
Close

Rating

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7993
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5225
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5013
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4768
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4537
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3747
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3070
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2762
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2761
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2700
Sabah 20 dərəcə isti olacaq
2641
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2277
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2237
Röyanın biabırçı videosu yayıldı
2148
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2090
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2051
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1822
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1705
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1666
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1607