EN

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb.

Bu barədə AZƏRTAC-a kitabxanadan bildirilib. Virtual sərgidə Mərkəzi Elmi Kitabxananın zəngin fondları haqqında məlumat verilir, müxtəlif mövzuları əhatə edən yeni və maraqlı nümunələr təqdim olunur. Bunların sırasında “Azərbaycan ədəbiyyatında Vətən və dövlətçilik məfkurəsinin intibahı. Heydər Əliyevdən - İlham Əliyevə” (İsa Həbibbəyli), “Heydər Əliyev. Müdriklik mücəssəməsi: Məruzələr, çıxışlar, görüşlər, müsahibələr”, “Heydər Əliyev - İlham Əliyev müasir Azərbaycanın liderlik fəlsəfəsi və dövlətçilik təcrübəsi”, “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” (İsa Həbibbəyli, Vidadi Muradov), “Füzuli sənətkarlığı” (Mir Cəlal), “Böyük qayıdış”, “Zəfər salnaməsi”, “44 günlük diplomatiya”, “Baku white city 10 years”, “Karabakh before and after occupation”, “Turkic states economy”, 1901-ci ildə nəşr olunmuş Quran (alman dilində), MEK-in həcmcə ən böyük (“Holy carpet of the mosqueat Ardebil”), ən kiçik (Yanka Kupala, “Şeirlər”) və ən qədim kitablarını (müxtəlif səhifələrdən və müəllifin məcmuələrindən ibarət Heptalogiya- 1502-ci il) və başqa dəyərli nəşrlər öz əksini tapıb. Həmçinin sərgidə Mərkəzi Elmi Kitabxana tərəfindən tərtib edilən biblioqrafik göstəricilər və informasiya bülleteni (“Görkəmli dövlət xadimi Heydər “Əliyev”, “Zərifə Əliyeva”, “Qərbi Azərbaycan” və s.) də yer alıb.

Qeyd edək ki, kitabxananın Sərgi salonunda eyniadlı ənənəvi kitab sərgisi də təşkil edilib. Ənənəvi kitab sərgisində Heydər Əliyev irsinin kitabxanalarda təbliği, kitabxanaların tarixi, iş prinsipi, etikası, metodologiyası, kitabxanalarda şəbəkələrin təşəkkülü, elektronlaşdırılması, kitab nəşri, müəlliflik hüququ və əqli mülkiyyət hüquqlarının qorunması mövzusunda müxtəlif dillərdə kitablar nümayiş olunur.

Ənənəvi kitab sərgisi bir həftə davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
1
Sources
Comment ()
Close

Rating

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24083
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13466
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11244
Helikopter qəzası ilə bağlı yeni xəbər
7357
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5761
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5569
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5347
Rəisi öldü, Pakistanda matəm elan edildi
5110
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3964
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3776
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3668
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3532
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3217
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3089
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2782
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2546