EN

ABŞ heç vaxt Ukrayna məsələsində danışıqların tərəfdarı olmayıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib ki, beynəlxalq hüquqda belə bir anlayış olmadığı üçün Ukraynanı terrorçu dövlət kimi tanımaq mümkün deyil.

“İki sahil” xəbər verir ki, Valentina Matviyenko RİA Novosti-yə müsahibəsində bildirib ki, Ukraynanın terrorçu dövlət kimi tanınmasına gəlincə, bu, mümkün deyil. Çünki beynəlxalq hüquqda “terrorçu dövlət” anlayışı yoxdur.

Həmçinin Federasiya Şurasının sədri qeyd edib ki, ABŞ heç vaxt Ukrayna ərazisində hərbi əməliyyatların həlli məsələsində dinc danışıqların tərəfdarı olmayıb.

V.Matviyenkonun sözlərinə görə, sosial sorğunun məlumatları göstərir ki, ukraynalılar münaqişəni dayandırmağı və danışıqlar masasına əyləşməyi tələb edirlər.

Chosen
31
Sources
Comment ()
Close