EN

Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər - VİDEO

Tavuşda keçirilən etiraz aksiyalarında Noyemberyan rayonunun sakinləri ilə “Yerkrapa” Könüllülər Birliyinin üzvləri arasında yenidən toqquşma baş verib.

Qeyd olunur ki, könüllülər UAZ markalı avtomobili nümayişçilərin üzərinə sürüblər, bu isə toqquşmaya səbəb olub. Ermənistan polisi yolun açılmasını tələb edərək vəziyyətə müdaxilə edib.

Verilən məlumata görə, avtomobilin nümayişçiləri vurması nəticəsində bir nəfər xəsarət alıb.

Xatırladaq ki, aprelin 22-də Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı xuliqanlıqda şübhəli bilinərək saxlanılıb.

Mənbə: Ermənistan KİV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
37
3
Sources
Comment ()
Close

Rating