Türkiyə birinci liqasında 31-ci tura yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçusu Coşqun Diniyevin şərəfini qoruduğu “Ümraniyespor” öz meydanında Ramil Şeydayevin çıxış etdiyi “Kocelispor”u qonaq edib.
Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.
Hər iki futbolçumuz əsas heyətdə meydana çıxıb.