EN

Ukraynaya yardımın gecikməsi döyüş meydanında əks olundu - Stoltenberq

Ukrayna müttəfiqləri Kiyevə kömək etməkdə çox gecikmədilər, lakin oların bir az ləngiməsi belə döyüş meydanına təsir etdi. Bizimyol.info xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Amerikanın MSNBC telekanalına açıqlamasında deyib. "Hələ də gec deyil, lakin, əlbəttə ki, gecikmə real nəticələrə gətirib çıxardı: ukraynalılar cəbhə xəttinin hissəsindən asılı olaraq 1-dən 5-ə və hətta 1-dən 10-a qədər artilleriya mərmiləri əldə edə bilməyirlər", - deyə baş katib qeyd edib. Onun sözlərinə görə, Qərb hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı səbəbindən Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının Ukrayna şəhərlərinə hücum etdiyi halda daha az raketi vurmağa güclərinin yetdiyi aydın görünüb. Bu yaxınlarda baş katib qeyd edib ki, Alyans üzvləri Ukraynaya daha çox hava hücumundan müdafiə sistemləri verməyə razılaşıblar. Hava hücumundan müdafiə vasitələrinin axtarışı və göndərilməsinin təşəbbüskarı Almaniyadır. Berlin bu məsələdə irəliləyişin olmasından məmnun qalıb. "Politico" yazıb ki, Ukrayna və Almaniya bir neçə müdafiə layihəsinə start verəcək. Əvvəllər Ukraynaya çoxlu silah-sursat tədarük edən “Rheinmetall” müdafiə konserni artıq Ukraynanın müdafiə sənayesini – yüngül zirehli maşınlara texniki qulluq və artilleriya döyüş sursatlarının istehsalı zavodlarını inkişaf etdirmək niyyətini açıqlayıb. Amerika Müharibənin Tədqiqi İnstitutunun məlumatına görə, ABŞ-ın yardımı tez gəlsə, Ukrayna Silahlı Qüvvələri yaxın zamanda işğalçı ordunun hücumunu dayandıra biləcək. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
220
50
bizimyol.info

10Sources