Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində bir nəfər batıb.
Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri alınan məlumatla əlaqədar dərhal əraziyə cəlb edilib.
***
Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində batan şəxsin kimliyi məlum olub.
2011-ci il təvəllüdlü İ.Ə. ehtiyatsızlıqdan kanala yıxılıb.
Onun axtarışları davam etdirilir.
***
Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində batmış şəxsin meyiti tapılıb.
2011-ci il təvəllüdlü İ.Ə-nin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun