EN

Cavanşir Məmmədov vəfat edib

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.

Müğənni bu gün 70 yaşında qəfil ürəktutmadan vəfat edib.

Qeyd edək ki, Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olub. O, sənətə gəldiyi ilk vaxtlarda qarmon ifaçısı olsa da, sonradan müğənnilik etməyə başlayıb.

C.Məmmədov 2005-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
42
6
Sources
Comment ()
Close

Rating