EN

Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı

Xaçmazda intihara cəhd hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Qobuqıraq kənd qəbiristanlığında qeydə alınıb. G. Zeynalova həmin qəbiristanlığa gələrək burada dəfn olunan qardaşının məzarı üstündə qarnına 5 bıçaq zərbəsi vuraraq, özünə xəsarətlər yetirib.

Məlumata görə, G. Zeynalovanın qardaşı bir neçə gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişib. Qadın qardaşının ölümü ilə barışa bilməyib və onun məzarı başında özünü öldürmək istəyib.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Chosen
214
29
lent.az

10Sources