“Sərhəd sülhün simvoludur. Ermənistan və Azərbaycan sərhədçiləri bir-biri ilə əməkdaşlıq edərək sərhədi müstəqil şəkildə mühafizə edə biləcəklər”.
Bizim.Media xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.
O, Rusiya sülhməramlılarının Tavuşdakı postlarını tərk edəcəklərini bildirib:
“Rusiya sülhməramlıları müəyyən vəziyyətlə əlaqədar orada idilər. amma indi durum əhəmiyyətli dərəcədə dəyişib”.
Bizim.Media