![Astanada](https://azertag.az/files/2024/1/1200x630/17135902722242257066_1200x630.jpg)
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 26-da Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“İclasda ŞƏT-ə üzv dövlətlərin müdafiə idarələrinin rəhbərlərinin, onun baş katibinin, təşkilatın Regional Antiterror Qurumu İcraiyyə Komitəsinin direktoru və Belarusun müdafiə nazirinin iştirakı gözlənilir”, - məlumatda deyilir.