EN

Mask Hindistana səfərini təxirə salıb

İlon Mask 21-22 aprel tarixlərində Hindistana planlaşdırılan səfərini təxirə salıb.

“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” məlumat yayıb.

Aprelin 12-də Mask X-də Hindistana baş nazir Narendra Modi ilə görüşmək üçün gedəcəyini bildirmişdi.

“The Economic Times” qəzetinin yazdığına görə, Mask hökumət başçısı ilə görüşdə Hindistanda “Starlink” qlobal peyk rabitə sistemi xidmətlərinin işə salınmasının sürətləndirilməsi, 2 milyard dollar dəyərində sərmayə qoyuluşu, elektrik avtomobillərinin birgə istehsalı və s. Məsələləri müzakirə edəcəkdi.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
89
50
Sources
Comment ()
Close