AZ

KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb.Bununla bağlı KİV-də Türkiyə rəsmisinə istinadən məlumat yayılıb.“Ərdoğan və Bayden arasında mayın 9-da Ağ Evdə keçirilməsi planlaşdırılan görüş təxirə salınıb”, - məlumatda bildirilir.Bir gün əvvəl ABŞ administrasiyasının sözçüsü Con Kirbi bildirib ki, ABŞ Prezidenti Co Baydenin proqramında hələlik türkiyəli həmkarı ilə görüş nəzərdə tutulmayıb.Türkiyə KİV-inin verdiyi məlumata görə, Ərdoğan ABŞ-yə planlaşdırılan səfərin ləğvi ilə bağlı göstəriş verməyib.Mənbə: “RİA Novosti” “Telegram” kanalı

Seçilən
154
42
Mənbələr
Şərh ()
Bağla