Bakı, 19 aprel, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında Daşkəsən və Göygöl rayon sakinlərini qəbul edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdən əvvəl Z.Əliyev ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərindəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun iştirakı ilə keçirilən qəbulda müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll edilib. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.