EN

®“Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

®“Azercell”in

“Azercell” və UFAZ növbəti əməkdaşlığa imza atır

“Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçən “Techcell” hakatonunun qeydiyyatına start verilib. Azərbaycanın bütün ali təhsil müəssisələrində oxuyan tələbələri əhatə edən bu hakatonda iştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işləyəcəklər.

Adıçəkilən sahələrdə baza biliklərinə sahib olan tələbələr üçnəfərlik qrup formalaşdıraraq ərizələrini https://hackathon.ufaz.az/registration/ platformasında may ayının 6-dək təsdiq etməlidirlər. İlkin dəyərləndirmə prosesi bitdikdən sonra 30 komanda hakatonun final mərhələsində özünü sınamaq imkanı əldə edəcək. Hakaton 18-19 may tarixlərində UFAZ-da baş tutacaq və qaliblər may ayının 27-də açıqlanacaq. İlk üç yerin sahibləri dəyərli hədiyyələrlə təltif olunacaqlar.

“Azercell” və UFAZ-ın birgə səyləri nəticəsində ərsəyə gələn bu layihə texniki bilikləri və innovativ ideyaları ilə seçilən istedadlı gənclərin üzə çıxarılmasına, onların inkişafına öz töhfəsini verir. Qeyd edək ki, “Techcell” bu tərəfdaşlıq çərçivəsində həyata keçən sayca üçüncü hakatondur.

Tələbələr hakaton haqqında daha ətraflı məlumat, qiymətləndirmə meyarları və qeydiyyat qaydaları ilə https://hackathon.ufaz.az saytında tanış ola, bütün suallarını [email protected] elektron ünvanı vasitəsilə təşkilatçılara yönləndirə bilərlər.

“Azercell Telekom” MMC hakatonun bütün iştirakçılarına uğurlar arzu edir!

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
72
10
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17229
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12404
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9935
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4070
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3657
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3154
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2965
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2553
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2177
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2094
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1531
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1085
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1013
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
978
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
962
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
953
Mayın ilk gününün havası açıqlanıb
866
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
773