AZ

Azercell-in dəstəyilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Bakı. Trend:

“Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-FransızUniversitetinin təşkilatçılığı ilə həyata keçən “Techcell”hakatonunun qeydiyyatına start verildi. Azərbaycanın bütün alitəhsil müəssisələrində oxuyan tələbələri əhatə edən bu hakatondaiştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik vəmobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərindəişləyəcəklər.

Adı çəkilən sahələrdə baza biliklərinə sahib olan tələbələr üçnəfərlik qrup formalaşdıraraq ərizələrini https://hackathon.ufaz.az/registration/platformasında may ayının 6-dək təsdiq etməlidirlər. İlkindəyərləndirmə prosesi bitdikdən sonra 30 komanda hakatonun finalmərhələsində ozünü sınamaq imkanı əldə edəcək. Hakaton 18-19 maytarixlərində UFAZ-da baş tutacaq və qaliblər may ayının 27-dəaçıqlanacaq. İlk üç yerin sahibləri dəyərli hədiyyələrlə təltifolunacaqlar.

Azercell və UFAZ-ın birgə səyləri nəticəsində ərsəyə gələn bulayihə texniki bilikləri və innovativ ideyaları ilə seçilənistedadlı gənclərin üzə çıxarılmasına, onların inkişafına öztöhfəsini verir. Qeyd edək ki, “Techcell” bu tərəfdaşlıqçərçivəsində həyata keçən sayca üçüncü hakatondur.

Tələbələr hakaton haqqında daha ətraflı məlumat, qiymətləndirməmeyarları və qeydiyyat qaydaları ilə https://hackathon.ufaz.az saytındatanış ola, bütün suallarını [email protected] elektron ünvanı vasitəsilətəşkilatçılara yönləndirə bilərlər.

“Azercell Telekom” MMC hakatonun bütün iştirakçılarına uğurlararzu edir!

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
10
Mənbələr
Şərh ()
Bağla