EN

Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlər hansı əməllərlə ifadə olunur?

Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlər dedikdə, bir yerdə yaşadığı ailə üzvü, yaxın qohumu, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxs tərəfindən digərini onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsi, iqtisadi asılılıq yaratması, belə asılılığı saxlaması və ya ondan sui-istifadə etməsinə yönəlmiş hərəkətlər başa düşülür.

E-huquq.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun məişət zorakılığı ilə bağlı maarifləndirici məlumatında bildirilib.

Qeyd olunub ki, məişət zəminində fiziki və psixi zorakılıq kimi bu kateqoriyadan olan zorakılıq aktları da qəsdən törədilir və bu hərəkətlərə yol verən şəxslərin məqsədi öz qurbanlarına qarşı iqtisadi xarakterli qanunsuz məhdudiyyətlər tətbiq etməklə onların maliyyə resurslarına çıxışını, bundan istifadəni yaxud ev, ailə təsərrüfatında maliyyə məsələlərinə, habelə birgə əmlaka nəzarətini məhdudlaşdırmaqdan ibarət olur.

Məişət zorakılığında qeyri-qanuni iqtisadi məhdudiyyətlərə aşağıdakıları aid etmək olar:

1. Şəxsin maliyyə resurslarına, o cümlədən gəlirlərinə, bank hesablarına və aktivlərinə nəzarətin həyata keçirilməsi. Bu, qurbanın razılığı olmadan pulun tutulması, vəsaitə çıxışın məhdudlaşdırılması və ya maliyyə qərarlarına nəzarəti əhatə edə bilər. Bundan başqa, şəxsin dövlət tərəfindən verilən müavinətlər, müxtəlif növ yardımlar yaxud digər sosial dəstək xidmətlərdən istifadə, onları əldə etmə və ya yararlanmasına mane olmağı da qeyd olunanlara misal göstərmək olar.

2. Şəxsin qida, yaşayış yeri və tibbi yardım kimi əsas ehtiyaclarla bağlı maddi asılı olduğu vəziyyət və şərait yaratmaq. Bu, qurbanın təhqiramiz münasibətdən çıxmasını və ya kömək istəməsini çətinləşdirə bilər.

3. Şəxsin əmək fəaliyyəti, iş və karyera imkanlarına müdaxilə etməklə maddi cəhətdən asılı vəziyyətə salmaq və ya bu vəziyyətdə saxlamaq. Bu əsasən, qurbanın işləməsinə və ya karyera qurmasına mane olmaq, müxtəlif üsullarla iş yerini tərk etməyə məcbur etmək və digər əməllərdə ifadə olunur. Həmçinin, şəxsdə yetərsizlik, çarəsizlik və s. bənzər hisslər yaratmaqla onların maddi gəlir əldə etməsinə mane olmağı da qeyd olunanlara misal göstərmək olar.

4. Şəxsin maddi cəhətdən müstəqil olmasına mane olmaq və ya qarşısını almaq. Bu əsasən, ailə və təsərrüfat xərclərini şəxsin gəlirləri hesabına qarşılamaq, onun adına kreditlər götürmək, müxtəlif yollarla qənaət etməklə və digər üsullarla maddi vəziyyətinin sabitliyinin qarşısını almaqda ifadə olunur.

5. Şəxsin məlumatı və razılığı olmadan onun adına borc götürmək, qurbanı sui-istifadə edənin xeyrinə borc götürməyə məcbur etmək, onun maliyyə məlumatlarından qanunsuz məqsədlərlə istifadə etmək, məqsədli olaraq maddi zərərə səbəb olacaq fəaliyyətlə məşğul olmaq, bu cür fəaliyyətə cəlb etmək və s.

6. Şəxsin daşınmaz əmlak, nəqliyyat vasitələri, qiymətli əşyalar və ya miras daxil olmaqla, birgə əmlakdan istifadəsinin qarşısını almaq və ya qadağan etmək.

7. Şəxsin maddi vəziyyətini nəzarətdə saxlamaq, bu barədə mütəmadi məlumat əldə etmək üçün uşaqlardan istifadə etmək. Bu əsasən, uşaqla bağlı xərclərdən və ehtiyaclardan təsir vasitəsi kimi istifadə etmək və digər formada özünü göstərir.

8. Şəxsin hərəkətlərinə nəzarəti həyata keçirmək yaxud gücləndirmək məqsədilə maddi ziyan vurmaq, əmlakı girov qoymaq, satmaq və s. hüquqi nəticələrlə hədələmək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
2
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
9780
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7906
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1575
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1479
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1466
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1457
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
1225
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
912
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
656
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
532
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
532
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
478
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
373
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
348
Arda Gülər dayanmır, yenə fərqləndi -
307
Arda dubl etdi - VİDEO
290
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
267
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
223
ОТГ поздравила азербайджанский народ с Днем Государственного Флага-ФОТО
219