EN

Almaniyada OBI sahibinin yoxa çıxması ilə bağlı istintaq bərpa edildi

Almaniyada iÅŸ adamının 2018-ci ildÉ™ ölmÉ™diyi, Rusiyada gizlÉ™ndiyi barÉ™dÉ™ mÉ™lumatın ortaya çıxmasından sonra OBI tikinti vÉ™ mÉ™iÅŸÉ™t malları maÄŸazalar ÅŸÉ™bÉ™kÉ™sinin sahibi Karl-Erivan Haubun yoxa çıxması ilÉ™ baÄŸlı istintaq yenidÉ™n  baÅŸladılıb. 

Valyuta.az xəbər verir ki, RİA Novosti bu barədə Almaniyanın Köln prokurorluğunun mətbuat xidmətinə istinadən yazır.

“Köln prokurorluÄŸu 2021-ci ildÉ™ Köln Rayon MÉ™hkÉ™mÉ™sindÉ™ aparılan Karl-Erivan Haubun itkin düşmÉ™si iÅŸi ilÉ™ baÄŸlı and içərÉ™k yalan ifadÉ™ verilmÉ™sinÉ™ ilkin şübhÉ™ ilÉ™ istintaqa baÅŸlayıb”, – Köln prokurorluÄŸu bildirib.

Prokurorluq biznesmenin qardaşı Kristian Haubun yalan ifadə verdiyindən şübhələnir, baxmayaraq ki, milyarderin qardaşına qarşı təqsirsizlik prezumpsiyası hələ də mövcuddur.

Bundan əvvəl Moskva sakini Veronika Ermilova Almaniyada yoxa çıxan milyarder Karl-Erivan Haubun onunla birlikdə yaşadığı barədə xəbərlərə cavab verib. RT ilə söhbətində o, bunu saxta adlandıraraq vətənində dünyanın ən zəngin insanlarından birinin ölü hesab edildiyini söyləyib.

Yada salaq ki, Moskva küçələrində yaşadığı iddia edilən milyarderin fotoşəkilləri dərc edildikdən sonra jurnalistlər onun xizəkçilər və alpinistlər üçün turlar təşkil edən şirkətdə çalışan məşuqəsi Veronika Ermilovanı ziyarət etmək üçün gizli şəkildə Rusiyaya getdiyinə qərar vermişdilər. Bundan başqa, onun kəşfiyyat xidmətləri ilə əlaqəsi olduğu iddia edilir. Köln prokurorluğu bu məlumatlarla bağlı rəsmi araşdırmaya başlayıb.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
54
valyuta.az

1Sources