EN

Rusiya sülhməramlıları regionu TƏRK EDİR: ABŞ və qərb hərbi qüvvələri Qarabağda fəaliyyət GÖSTƏRƏCƏK? - ŞƏRH

Rusiya sülhməramlıları regionu TƏRK EDİR: ABŞ və qərb hərbi qüvvələri Qarabağda fəaliyyət GÖSTƏRƏCƏK? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Bununla bağlı, yayılan görüntülərdə sülhməramlılara məxsus hərbi texnikaların qatarlarla Rusiya yolunda olduğunu görmək mümkündür. Əgər belə davam edərsə, sülhməramlıların vaxtından əvvəl senytabr ayına qədər bölgəni tamamilə tərk edəcəyi ekspertlər tərəfindən ehtimal olunur. Qarabağdakı Rusiya sülhməramlılar çıxacağı təqdirdə regiona nəzarət tamamilə Azərbaycana keçir. Bunun baş verməsi Amerika və qərb dövlətlərini narahat edir. ABŞ xüsusilə Qarabağda Rusiya sülhməramlıların orada fəaliyyətinə razı deyil. Bununla yanaşı, Ermənistan tərəfi Rusiyadan təhlükəsizlik baxımından uzaqlaşaraq müəyyən addımlar atır. Ermənistan baş naziri Nikol Paşinyan daha əvvəl bildirdi ki, aqustun 1-dən "Zvartnots" hava limanından rus sərhədçiləri çıxarılmalıdır. Xüsusilə 5 aprel görüşündən sonra pərdəarxası məqamlar hələ də mövcuddur. Bu baxımdan hazırda Rusiya sülhməramıların bölgədən çıxmasını fürsət olaraq qiymətləndirən ABŞ və qərbi qüvvələri sülhməramlı adı altında Qarabağda fəaliyyət göstərməyə cəhd edə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Tərlan Eyvazov deyib ki, bu məsələ o vaxtlar Amerika və qərb dövlətləri tərəfindən gündəmə gətirilirdi:

"Əsasən Fransa bunun dəstəkçisi idi ki, Rusiya sülhməramlıları ilə birlikdə Qarabağda qərbin sülhməramlıları olsun. Əgər onlar çıxarılacaqsa, onların yerinə həm beynəlxalq missiya gəlsin, həm də erməniləri qoruyan qərbin sülhməramlıları gəlsin. Amma regiondan artıq bütün erməni separatçıları çıxdıqdan sonra, mülki əhalidə Qarabağı tərk etdi. Qarabağda cüzi sayda qalan erməni sakinlərinin dövlət orqanlarımız ilə problemi yoxdur. Bununla yanaşı bölgədə Rusiya sülhməramlılarının bölgədəki fəaliyyətinin bitdiyini başa düşərək, artıq xərc çəkməmək üçün oranı tərk edirlərsə, Qarabağa hər hansı bir qüvvənin gəlib yerləşməsinə heç bir ehtiyac yoxdur. Buna heç səbəb belə yoxdur. Həmin qüvvələr bu məsələni qaldırmaq istəsələr belə, mənasız olacaq. Çünki onlar kimi gəlib kimdən qoruyacaq? Azərbaycan orada ermənilər olduğu vaxtda heç bir qətliam yaxud soyqırımı törətməyib. Ona görə bu qüvvələrin sülhməramlı, hətta mülki missiyanın gəlməsinə belə ehtiyac yoxdur. Bu heç vaxt baş verməyəcək".

Qeyd edək ki, 2020-ci ilin sentyabrında başlayan və cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı zəfər Ermənistan hakimiyyətinin kapitulyasiya aktı imzalaması ilə nəticələnib.

Sevda Səfərova

Chosen
190
18
Sources
Comment ()
Close

Rating

Bakıda hoteldə yanğın başlayıb
1430
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
989
Bu yol qovşağında təmir işləri aparılacaq
634
Sabah 5 kəndin qazı kəsiləcək
524
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
442
Bakıda 9 otaqlı evdə yanğın baş verib
428
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
378
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
366
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
324
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
320
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
289
Çingiz Mustafayevin toyudur - FOTOLAR
235
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
231
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
214
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
198
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
179
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
157
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
98
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
93