EN

Yeni Kaledoniyanın nümayəndələri Bakıda

Azərbaycan hər zaman Yeni Kaledoniya xalqının haqlı mübarizəsini dəstəkləyir

Özünü demokratiyanın beşiyi kimi təqdim etməyə çalışan Fransanın əslində, tarixən müxtəlif xalqlara qarşı müstəmləkəçilik siyasəti həyata keçirdiyi bütün dünyaya məlumdur. Fransa bir sıra xalqları hələ də öz müstəmləkəsi altında saxlayır. Təəssüf ki, beynəlxalq ictimaiyyət rəsmi Parisin bu siyasətinə qarşı adekvat reaksiya vermir.

Lakin Azərbaycan bu məsələdə prinsipial mövqe nümayiş etdirir və Fransanın müxtəlif xalqlara qarşı repressiv siyasətinə etiraz səsini ucaldır. Eyni zamanda, müstəmləkəçiliyə qarşı aparılan  mübarizəyə siyasi və mənəvi dəstək verilir. Bakı Təşəbbüs Qrupunun yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu  Qoşulmama Hərəkatının  ötən il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb. Bütün dünyada müstəmləkəçiliyə məruz qalan xalqlara, xüsusilə Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı fransız müstəmləkələrinə həsr olunmuş bu tədbir bütün maraqlı tərəflərə Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair fikir mübadiləsi aparmağa imkan verib. Tədbirdə XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrinin nümayəndələri ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq məqsədilə Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəldilər.

Qeyd edək ki, Yeni Kaledoniyanın əhalisi də hazırda Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkir. Yeni Kaledoniyanın nümayəndələri Bakı Təşəbbüs Qrupunun tədbirlərində fəal iştirak edirlər. Bugünlərdə isə Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri Neysselin Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər  çərçivəsində nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun (BTQ) ofisində olub. BTQ-in icraçı direktoru Abbas Abbasov qonaqlara qrupun əsas məqsədləri və planları barədə məlumat verib. Nümayəndə heyətinin üzvləri müasir dünyada neokolonializm problemini qlobal səviyyəyə çatdırmaq imkanına görə Azərbaycan hakimiyyətinə minnətdarlıqlarını bildiriblər. Həmçinin, Yeni Kaledoniyanın nümayəndələri minnətdarlıq əlaməti olaraq BTQ-nin ofisinə parça suvenir hədiyyə ediblər. Bu suvenirdə həqiqi Yeni Kaledoniya sakinin doğumundan ölümünə qədər olan həyatı əks etdirilib. Sonra nümayəndə heyəti ilə BTQ nümayəndələri arasında qapalı görüş baş tutub.

Nümayəndə heyəti Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsində də olub. Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete kilsənin tarixi, burada katoliklərin ibadət etmələri üçün yaradılan şərait barədə qonaqlara məlumat verib.

Bundan əlavə, Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda Qoşulmama Hərəkatı (QH) Gənclər Təşkilatının mənzil-qərargahı ilə tanış olub. Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Baş katibi Nigar Bağırlı nümayəndə heyətinin üzvlərini qurumun fəaliyyəti və gördüyü işlər barədə məlumatlandırıb. Bildirilib ki, Gənclər Təşkilatı müxtəlif tədbirlər və layihələr həyata keçirir, beynəlxalq tədbirlərdə təmsil olunur.

Diqqətə çatdırılıb ki, mənzil-qərargahda ingilis və fransız dillərində kurslar keçirilir. Sonrakı mərhələdə ərəb dili üzrə də kurslar təşkil olunacaq. Yeni kaledoniyalı parlamentarilər Qoşulmama Hərəkatı ilə bağlı fotosərgi ilə də tanış olublar.

Onu da qeyd edək ki, Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumu Azərbaycan Milli Məclisi adından Sahibə Qafarova, Yeni Kaledoniyanın Konqresi adından isə Rok Vamitan imzalayıb. Sənədə əsasən, Azərbaycan Milli Məclisi Yeni Kaledoniya xalqının öz müqəddəratını təyinetmə hüququnu nəzərə alır və mövzu ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandıracaq.

Bundan başqa, Memoranduma əsasən, Azərbaycan və Yeni Kaledoniya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi naminə tərəflər parlamentlərarası əməkdaşlığı inkişaf etdirəcək, qanunvericilik orqanlarının komissiyaları, komitələri və orqanları arasında daimi əlaqələrin yaradılmasına köməklik göstərəcək, həmçinin parlament və beynəlxalq fəaliyyət təcrübələrinin öyrənilməsi və bölüşülməsi məqsədilə parlament üzvlərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təşkil edəcək, parlamentlər arasında əməkdaşlıq üçün deputatlardan ibarət müvafiq qrup yaradacaq, qanunvericilik aktlarının hazırlanması və qəbuluna, eləcə də parlamentlərarası əməkdaşlığa dair təcrübələr barədə bir-birini məlumatlandıracaq, öz fəaliyyətləri ilə bağlı hüquqi və digər məlumatları biri-biri ilə paylaşacaq, Azərbaycanla Yeni Kaledoniya arasında beynəlxalq parlament arenasında əməkdaşlığın müxtəlif istiqamətlərinin araşdırılması, nəzərdən keçirilməsi, inkişaf etdirilməsi və həyata keçirilməsi üçün fəal səylər göstərəcək, qanunvericilik orqanlarının səmərəli fəaliyyətinə müsbət töhfə verə biləcək təcrübə mübadiləsi aparılması məqsədilə Azərbaycan Milli Məclisinin Aparatı ilə Yeni Kaledoniya Konqresinin Bürosu arasında daimi əlaqələr yaradılmasına dəstək verəcək.

Sənəddə o da qeyd olunur ki, Əməkdaşlıq haqqında Memorandumun məqsədlərinin həyata keçirilməsi üçün müntəzəm görüşlər təşkil ediləcək.

Nardar BAYRAMLI

Chosen
133
50
Sources
Comment ()
Close

Rating

Bakıda hoteldə yanğın başlayıb
1229
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
818
Bu yol qovşağında təmir işləri aparılacaq
533
Sabah 5 kəndin qazı kəsiləcək
522
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
436
Bakıda 9 otaqlı evdə yanğın baş verib
366
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
340
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
292
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
283
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
262
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Çingiz Mustafayevin toyudur - FOTOLAR
184
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
183
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
165
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
159
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
131
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
80
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
77
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
76
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
75