![Zərdabda](https://1news.az/images/2024/04/19/20240419091630617/thumb.jpg?2024-04-19+09%3A18%3A37)
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-dən 1news.az-a bildirilib ki, həyata keçirilən növbəti tədbirlərlə rayonun Bıçaqçı və Şahhüseynli kənd sakinlərindən sənədləri olmayan 3 ədəd ov tüfəngi aşkarlanıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.