EN

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Göyçay, 19 aprel, AZƏRTAC

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər həyata keçiriblər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, cari il ərzində əməliyyat yolu ilə vətəndaşlardan 1 ədəd avtomat və 6 tüfəng aşkar edilərək götürülüb.

Profilaktik tədbirlər nəticəsində isə 1 ədəd avtomat və 12 ədəd müvafiq sənədləri olmayan ov tüfəngini vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
64
50
azertag.az

10Sources