EN

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirdi

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə ilk reysini yerinə yetirib.

Publika.az xəbər verir ki, uçuşlar həftədə 2 dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Aprelin 18-də saat 20:10-da Bakıdan qalxan təyyarə yerli vaxtla saat 00:30-da Kəraçiyə çatıb. Geri dönüş isə yerli vaxtla saat 01:30-da baş tutur və saat 04:20-də təyyarə Azərbaycan paytaxtına enir.

Kəraçini turistlər üçün maraqlı edən onun Pakistanın tarixi və mədəni mərkəzi olmasıdır.

Chosen
56
11
publika.az

10Sources