EN

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirildi - FOTOLAR

YAP Yasamal rayon təşkilatının “K.Kazımzadə küç. 100 A” (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) ərazi partiya təşkilatında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.   Manset.az-ın məlumatına görə, giriş nitqi ilə çıxış edən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. "Ulu öndər Heydər Əliyev hər zaman öz xalqına qarşı olan dərin sevgisini açıq şəkildə nümayiş etdirib. Onun dövlətçiliyimizin ən ağır dönəmlərində ölkə rəhbərliyinə qayıdışı Azərbaycan xalqını işıqlı gələcək naminə ruhlandırmışdır" - deyən Vüqar Kərimov bu gün dövlətçiliyimizin qarantı olan ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin Azərbaycanın ən yüksək səviyyədə inkişaf istiqamətlərini təmin etdiyini bildirib. Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ulu öndər Heydər Əliyevin həyatı və Onun zəngin irsi barəsində tədbir iştirakçılarına ətraflı məlumat verdi. Bildirdi ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir: "Tarixin ən böyük vətənpərvəri olan ulu öndər Heydər Əliyev istər sovetlər dönəmində, istərsə də, müstəqillikdən sonra ölkəyə rəhbərlik etdiyi müddətdə daima milli-mənəvi dəyərlərimizi yüksək tutub, onların tərənnümünü həyata keçirib. Bu gün hər bir Azərbaycan vətəndaşı xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsini mənimsəyir. Çünki Onun bizlərə miras olan zəngin irsi xalqımızın yüz illiklər boyu faydalanacağı bir mənbədir".  Bəxtiyar Nəbiyev ulu öndər Heydər Əliyevin uğurlu siyasətini bu gün böyük əzmlə davam etdirən möhtərəm Prezident İlham Əliyevin Azərbaycanı dünyada lider dövlətə çevirdiyini bildirib. Sonra çıxış edən “K.Kazımzadə küç. 100 A” (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) ərazi partiya təşkilatının sədri Amil Sefiyev Ümummilli lider Heydər Əliyevin zəngin irsindən Onun görkəmli dövlət xadimi kimi xidmətlərindən bəhs edib. Amil Sefiyev çıxışında dahi öndər Heydər Əliyevin Azərbaycanın dünəni, bugünü və gələcəyi üçün fenomen bir şəxsiyyət olduğunu bildirib. O, qeyd edib ki, ulu öndərin miras qoyduğu  müstəqil Azərbaycan bu gün öz inkişafının ən yüksək pilləsindədir.

Daha sonra təşkilati məsələlərə baxılıb, Əliheydər Abbaszadə səsvermə yolu ilə ərazi partiya təşkilatının sədr müavini seçilib, Yeni Azərbaycan Partiyası sıralarına müraciət edən bir şəxslərin təqdimatına baxılıb və partiya sıralarına qəbul olan şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

Chosen
106
50
Sources
Comment ()
Close

Rating

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
22190
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19548
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18410
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17870
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17561
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17398
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16318
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15753
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12228
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11343
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
10129
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8927
"Zaur, yenə çaşdın..." - VİDEO
8926
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8124
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7732
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7400
Minimum əmək haqqı nə qədər arta bilər?
7161
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6557
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5881