EN

UNEC-də beynəlxalq konfrans öz işinə başlayıb

Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbinin və Hindistan Təhsil və Tədqiqatlar Akademiyasının (FAI) əməkdaşlığı ilə “Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı adlı beynəlxalq konfransın açılışı olub.

 

AzEdu.az xəbər verir ki, konfransın açılışında çıxış edən elm üzrə prorektor dosent Fariz Əhmədov iştirakçıları salamlayaraq, konfransın mövzusunun aktuallığından danışıb.  Bildirib ki, konfrans çərçivəsində dünyanın nüfuzlu alim və tədqiqatçıları bir yerə toplaşaraq, rəqəmsallaşma, süni intellekt, menecment, iqtisadiyyat, maliyyə, turizm və digər qlobal sahələr üzrə mövzuları müzakirə edəcəklər. F.Əhmədov konfransa Azərbaycan, ABŞ, Kanada, Almaniya, Hindistan, Yunanstan, İordaniya, Portuqaliya, Polşa, Gürcüstan, Litva, Monqolustan, Ukrayna, Monteneqro, Ruminiya, Tailand, Fillippin, Braziliya və Malaziyadan olan alimlərin müxtəlif sahələri əhatə edən 90-na yaxın elmi məqaləsinin qəbul edildiyini bildirib. O, konfransda əldə olunan nəticələrin universitet-sənaye işbirliyinə, eləcə də dövlət və özəl sektorun inkişafına mühüm töhfələr qazandıracağından əminliyini ifadə edərək, konfransın işinə uğurlar arzulayıb.

 

Sonra Hindistan Təhsil və Tədqiqatlar Akademiyasının prezidenti professor M.Premkit Sing, UNEC Biznes Məktəbinin direktoru dosent Nazim Hacıyev, FAİ-nin vitse-prezidenti professor Nina Poyda Noysk, akademiyanın baş katibi Prof. Pankaj Srivastava, Türkiyənin Diclə Universitetinin dekanı Dr. Fethiye Muge Sakar  çıxış edərək, müzakirə olunacaq mövzular barədə fikirlərini bölüşüblər, konfransla bağlı gözləntilərini səsləndiriblər.

 

Çıxışlardan sonra təltifolunma mərasimi keçirilib. Konfrans plenar iclaslarda yerli və xarici tədqiqatçıların çıxışları ilə davam edib.

 

Qeyd edək ki, beynəlxalq konfrans aprelin 20-də öz işini başa vuracaq.

Chosen
87
8
Sources
Comment ()
Close

Rating

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21577
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19406
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18311
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17764
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17101
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16944
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16161
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15602
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12108
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11299
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9621
"Zaur, yenə çaşdın..." - VİDEO
8884
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8592
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8051
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7604
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7236
Minimum əmək haqqı nə qədər arta bilər?
7118
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6448
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5807