EN

Qaradağ rayonunda "Heydər Əliyev və Azərbaycanda səhiyyə siyasəti" mövzusunda tədbir keçirilib -FOTO

YAP Qaradağ rayon təşkilatının və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (QMƏVŞAİB) Qaradağ rayon filialının birgə təşkilatçılığı ilə Qobustan qəsəbəsində yerləşən Qaradağ Tibb Mərkəzində Ümummili Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar "Heydər Əliyev və Azərbaycanda səhiyyə siyasəti” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə YAP Qaradağ rayon təşkilatının əməkdaşı Vüqar Ağayev, İctimai Birliyin Qaradağ rayon filialının sədri Maqsud Heydərov, şəhid ailələrinin üzvləri, qazilər və mərkəzin əməkdaşları iştitak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Tibb Mərkəzində yerləşən büstü ziyarət olunub, önünə gül çələngi qoyularaq xatirəsi böyük ehtiramla yad edilib.

Tibb Mərkəzinin akt zalında keçirilən tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirsənin bir dəqiqəlik sükutla anılması ilə başladı.

Tədbiri açan mərkəzin direktoru, əməkdar həkim Elmira Rəfailova qonaqları salamlamaqdan məmnun olduğunu, bu gün Qaradağ rayonunun əhalisinə yüksək səviyyədə xidmət göstərən tibb müəssisəsinin Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu səhiyyə siyasəti və bu sahədə aparılan quruculuq işləri nəticəsində yaradıldığını bildirdi. Ulu öndərin xalqın tələbi ilə hakimiyyətə qayıtmasından sonra ölkədə bütün sahələrdə aparılan quruculuq işlərinin əhəmiyyətini yüksək qiymətləndirən direktor məhz bu dahi şəxsiyyətin böyük zəhməti və misilsiz xidmətləri sayəsində ölkəmizin görünməmiş uğurlara imza atdığını dedi. 2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyevin də insanların sağamlığına, səhiyyənin inkişafına xüsusi diqqətlə yanaşdığını vurğulayan E.Rəfailova məhz bu qayğı sayəsində həmin sahədə böyük nailliyyətlər qazanıldığını vurğuladı.    

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının əməkdaşı Vüqar Ağayev Ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra daxili və xarici siyasətin yenidən qurulması, ictimai-siyasi sabitliyin bərpası, Ermənistanla atəşkəsə nail olunması, yeni neft strategiyasının hazırlanması, ölkədə aparılan nəhəng quruculuq işləri, ordu quruculuğu və digər sahələrdə həyata keçirilən beynəlxalq layihələr barədə məlumat verdi. O qeyd etdi ki, məhz Ulu Öndərin müəyyən etdiyi və bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyası nəticəsində torpaqlarımız tamamilə işğaldan azad edilib, suverenliyimiz tam bərpa olunub və Azərbaycan beynəlxalq səviyyədə görünməmiş nüfuz qazanıb. 

Tibb Mərkəzinin cərrahı, I və II Qarabağ müharibələrinin iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Faiq Lazımov, QMƏVŞAİB Qaradağ rayon filialının sədri Maqsud Heydərov, şəhid atası Əlizaman Xəlilov, Vətən Müharibəsi qazisi Bəhrəm Rəcəbli və digərləri çıxış edərək Ümmummilli Lider Heydər Əliyevin xidmətlərindən bəhs ediblər. Bu gün dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda Mərkəzin bir qrup həkiminə Fəxri Fərman təqdim edilib.

Zamin Məmmədov, "İki sahil"

Chosen
52
50
Sources
Comment ()
Close

Rating

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
22007
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19478
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18362
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17838
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17400
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17243
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16284
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15687
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12197
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11335
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9969
"Zaur, yenə çaşdın..." - VİDEO
8918
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8789
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8103
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7683
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7333
Minimum əmək haqqı nə qədər arta bilər?
7135
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6525
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5857