EN

"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu

"Mən dostlarımıza maddi və mənəvi dəstəyə görə minnətdaram, İsrail özünü müdafiə etmək üçün hər şeyi edəcək..."
 
İsrail hökumətinin bugünkü iclasında baş nazir Binyamin Netanyahu məlumat verib ki, son günlər digər ölkələrin siyasətçiləri tərəfindən İsrailin İranın raket zərbəsindən sonra "vəziyyəti gərginləşdirməmək üçün" ona təzyiqlər edilir.
 
Moderator.az xəbər verir ki, bu barədə "golosameriki.com" nəşri məlumat yayıb.
 
Baş nazir bəyan edib ki, onun ölkəsi bu yaxınlarda İranın miqyaslı hava hücumuna cavab verib-verməyəcəyi, cavab verəcəyi təqdirdə bunun necə olacağı barədə qərarı özü verəcək.
 
Beləliklə, İsrail yaxın müttəfiqlərinin təmkinliyə edilən çağırışlarından boyun qaçırıb.
 
İsrail İranın misli görünməyən hücumuna cavab verəcəyini vəd edib, bu zaman cavabın müddətlətəri və xarakterini dəqiqləşdirməyib. 
 
Nəticədə Qəzza bölgəsində bir-neçə ay davam edən qeyri-sabitlikdən sonra bu region eskalasiya gözləntilərindədir.
 
İsrailin müttəfiqləri eskalasiyanın artmasına gətirib çıxara biləcək istənilən cavab tədbirlərindən çəkinməyə çağırış edir.
 
Belə çağırışlar Böyük Britaniya və Almaniya XİN rəhbərlərinin İsrailə səfərləri zamanı yenidən səsləndirilib.
 
"Mənim indicə Böyük Britaniya və Almaniya xarici işlər nazirləri ilə görüşlərim olub, dünən Britaniya baş naziri Rişi Sunakla söhbətimiz olub, bir çox görüşlər hələ qarşıdadır", - baş nazir deyib.
 
"Mən İsrailə həm maddi, həm də mənəvi dəstək verən dostlarımıza minnətdaram. Onların, əlbəttə ki, müxtəlif tövsiyə və məsləhətləri var. Mən bunu dəyərləndirirəm, lakin aydınlıq gətirmək istəyirəm. Biz öz qərarlarımızı özümüz qəbul edəcəyik. İsrail özünü müdafiə etmək üçün hər şeyi edəcək", - o, deyib.
 
Bundan öncə xəbər verilib ki, hökumət Qəzza bölgəsini İsrailin digər ərazisindən ayıran hasarın perimetri boyunca yaşayış məntəqələrinin bərpasına 19 milyard şekel (5 milyard dollar-red.) məbləğində büdcəni təsdiq edib.
 
Bu vəsaitlər mənzil, təhsil, infrastruktur, məşğulluq, tibbi xidmət və digər həyatı əhəmiyyətli ehtiyaclara sərf ediləcək.
Chosen
25
Sources
Comment ()
Close

Rating

Bakıda hoteldə yanğın başlayıb
1323
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
888
Bu yol qovşağında təmir işləri aparılacaq
593
Sabah 5 kəndin qazı kəsiləcək
524
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
441
Bakıda 9 otaqlı evdə yanğın baş verib
427
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
376
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
304
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
304
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
302
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
221
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Çingiz Mustafayevin toyudur - FOTOLAR
207
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
203
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
185
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
158
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
106
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
95
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
85
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
79