EN

Azərbaycan güclü dövlətdir

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin  rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi strategiyanı inamla davam etdirən Azərbaycan Respublikası öz dinamik inkişafında yeni mərhələyə qədəm  qoymuşdur. Ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən bütün tədbirlər yalnız bir məqsədə - Azərbaycan Respublikasında vətəndaşların daha layiqli həyat səviyyəsinin təmin edilməsinə xidmət edir. Son illərdə həyata keçirilən islahatlar vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəlməsinə öz əhəmiyyətli təsirini göstərməkdədir. Azərbaycanda həyata keçirilən dövlət siyasəti sosial-iqtisadi inkişafa və əhalinin sosial rifahının davamlı yüksəlişinə əlverişli zəmin yaradır.

Ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşmış, əhalinin rifah halı yüksəlmişdir. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar, genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi müdafiə qüdrətini daha da gücləndirərək 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 16 aprel 2024-cü il tarixində Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində iştirakı dövlət başçımızın regionların sosial-iqtisadi inkişafına çox böyük həssaslıqla yanaşmasının bariz göstəricisidir. Təməlqoyma mərasimində çıxış edən Cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycan dövləti güclü dövlətdir və öz gücünə, öz imkanlarına arxalanan dövlətdir. Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görür ki, bunun dünyada misli-bərabəri yoxdur. İşğaldan azad edilmiş torpaqlarda quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı da geniş vüsət almışdır.

Dövlət başçımız daha sonra əlavə etdi ki, vacib əhəmiyyət kəsb edən layihələrdən biri Xəzər dənizinin suyunun duzsuzlaşdırılmasıdır. Bu layihə həyata keçiriləndən sonra Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə edəcəyik. Dünyanın bir neçə ölkəsi duzsuzlaşdırma sahəsində böyük təcrübəyə malikdir və bizim də Xəzər dənizi kimi böyük su hövzəmiz var. Prezident  İlham Əliyev bildirdi ki, Hacıqabul rayonunda 4 mindən çox hektarda taxıl əkini aparılmışdır və məhsuldarlıq hər hektardan buğda üzrə 7 tona yaxın olmuşdur.  Müqayisə üçün qeyd edək ki, ölkəmizdə orta məhsuldarlıq hər hektardan 3 tondan bir qədər çoxdur. 

Bütün görülən işlər bizə gələcəyə böyük ümidlərlə baxmağa imkan verir. Dövlətimiz tərəfindən atılan bütün addımlar regionlarının sosial-iqtisadi inkişafı istiqamətində böyük perspektivlər açır. Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz iqtisadi inkişaf yollarında qətiyyətlə addımlayır.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini

Chosen
32
Sources
Comment ()
Close

Rating

Bakıda hoteldə yanğın başlayıb
970
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
634
Sabah 5 kəndin qazı kəsiləcək
472
Bu yol qovşağında təmir işləri aparılacaq
404
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
377
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
238
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
228
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
227
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
207
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
187
Çingiz Mustafayevin toyudur - FOTOLAR
156
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
145
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
139
Bakıda 9 otaqlı evdə yanğın baş verib
124
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
100
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
98
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
71
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
70
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
64
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
50