EN

Ayşən Abduləzimova növbəti dəfə Macarıstan çempionu oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayşən Abduləzimova növbəti dəfə Macarıstan çempionu olub.

Arena.az xəbər verir ki, blokçumuzun komandası “Vaşaş” final mərhələsində KNRC klubunu üstələyib.

Hər üç görüşdə qələbə qazanan “Vaşaş” qızıl medallara sahib çıxıb. Abduləzimova son matçda 12 xal toplayıb.

Xatırladaq ki, Ayşən Abduləzimova bu il “Vaşaş”la həm də Macarıstan Kubokunun qalibi olmuşdu.

Qeyd edək ki, “Vaşaş” Macarıstanın ən güclü voleybol klublarından biridir. Ayşənin komandası son illərdə Macarıstan çempionatında və kubokunda, eləcə də super kubok görüşlərində ardıcıl zəfərlərə imza atır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
70
Sources
Comment ()
Close