EN

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

Kulis.az Orxan İsmayılın "İb və onun əri" hekayəsi haqqında yazıçıların fikirlərini təqdim edir.

Tural Turan:

"Orxan İsmayıl istedadlı imzadır. Amma onun "İb və onun əri hekayəsi" təhkiyə baxımından yaxşı işlənilsə də, yazıçı sanki əsəri bitirməyə tələsib. Üstəlik, qəhrəmanın dil problemi hiss olunur. Yəni əsərdəki qəhrəmanların dili çox "quru"dur. Diqqətlə oxuduqda keçidlərdə də müəyyən çatışmazlıqlar hiss edilir. Buna baxmayaraq, təhkiyə dili çox axıcı və rəvandır. Təhkiyə ilə obrazların dili isə bir-birini tamamlamır".

Çəmənzəminli

Rəvan Cavid:

"Hekayənin birinci vəzifəsi yəqin ki, oxucunu inandırmaqdı. Ən fantastik düşüncə belə oxucuya real görünməlidir. Bu hekayədə müəllif öz oxucusunu inandıra bilmir. Təhkiyəsi qurmadı, təbii nəfəs yoxdu. Ümumiyyətlə, anlamadım ki, müəllif bu hekayə ilə nə demək istəyir. Mənə görə, bədii həlli də yoxdur. Müəllif sanki nələrsə öyrənib, bilir və bunu sübut etmək üçün oturub hekayə yazıb. Uğurlar".

Dərmansız

Təvəkkül Boysunar:

"Hekayəni sonacan oxudum. Mətnin əvvəllərində ilham və müəyyən enerjiylə yazılmış məqamlar var idi. Lakin bu enerji çox da gur nəzərə çarpmırdı və mətnin hər yerində də yox idi. Müəllif bəzən sadə şəkildə, asan formada deyə biləcəyi adi fikirləri çox qəliz dillə izah edir, nəticədə, artıq, lazımsız, gərəksiz sözlərdən çox istifadə olunur. Dialoqlar bir çox yerlərdə qətiyyən təbii deyil. Hadisə, situasiya maraqlıdır. Bəzi yerlərdə inandırıcı və həqiqi görsənir. Amma bəzi yerlərdə bu inandırıcılıq itir. Yəni yazıçı bu mövzunu, bu hadisəni daha maraqlı və inandırıcı şəkildə işləsə, daha yaxşı hekayə alına bilərdi. Müəllifin bundan əvvəl müzakirəsində iştirak etdiyim hekayəsi çox zəif idi. Bu hekayə isə müqayisədə daha yaxşıdır. Uğur arzulayıram".

Xatirələr

Vüsal Bağırlı:

"Orxan İsmayılovun hekayəsi. Yaxşıdır. Baxırsan ki, hekayənin bütün atributlarına, qayda və qanunlarına əməl edilərək qələmə alınıb. Başlanğıc, süjetin dinamik inkişafı, sonluq. Bütün kriteriyalar gözlənilir. Bu cəhətdən müəllifin ustalığı göz qabağnda.

Amma təzad ondadır ki, çox süni, vulqar, əldəqayırma bir hekayədir. Dili adamı toxunur, adamı vurur. Bizdə heç kəs bir-biri ilə mətndəki sayaq ünsiyyət qurmur. Heç süni intellekt də belə bu cür saxta dialoqlu hekayə yazmaz. Adam istər-istəməz fikirləşir. Bu hekayə niyə yazılıb? Niyə müəllif ona öz qiymətli vaxtını və enerjisini sərf edib?

Orxanın feysbukda statuslarını, yazılarını oxuyuram. Yaxşı fantaziya, süjet qurma qabiliyyəti var. Mətn strukturu, obrazları seçmə və yerləşdirmə bacarığı yaxşıdır.

Amma oxuduğu klassik mətnlərin, 19-cu əsrdən qalma köhnə təhkiyə üslubunun təsiri altındadır, ondan qurtula bilmir. Müasir mətnləri, hekayələri oxumağı, öz yazılarında tətbiq etməyi tövsiyə edirəm".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
55
Sources
Comment ()
Close

Rating

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23237
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12709
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9000
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5570
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5446
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3980
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3616
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3539
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3343
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3212
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2973
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2702
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2558
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2477
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2143