EN

Pöhrələr boy atır...

Murov dağlarında yaşanan dəhşətli faciədən bizi 31 illik zaman ayırır

Bakı, 18 aprel, AZƏRTAC

1993-cü ilin aprelində Murov dağlarında yaşanan dəhşətli faciə ilə bizi 31 illik zaman ayırır...

Hər ötən il Kəlbəcərin Başlıbel kəndində erməni quldur birləşmələrinin yolları bağlaması nəticəsində 62 nəfərin üzləşdiyi müdhiş və unudulmaz mühasirə günlərini nə qədər uzağa aparsa da, o qədər də yaxındadır. Yaxın-uzaq mühasirə günləri, həmin günlərin məşəqqətləri, dinc sakinlərin həyat-ölüm mübarizəsi nə unudulandı, nə də yaddan çıxan...

AZƏRTAC xəbər verir ki, kəndin sakinləri hər dəfə Başlıbelə - doğma yurd yerlərinə ziyarətə gedəndə ağır günlərdə qoynunu açaraq onlara sığınacaq verən, düşməndən gizləyən dağlardakı mağara və kahalara baş çəkir, uzaq illərin arxasında qalan həmin günləri yenidən xatırlayır. Həmin günlərdən yadigar qalan hansısa izləri və əşyaları tapırlar.

Dəlidağın qoynundakı hər daş, hər kəsək, hər cığır, hər ağac pöhrəsi onlara doğmadır. Amma türk izini hər yerdən qaşımağa çalışan vandallar daşı-kəsəyi, cansız ağacları da torpağın köksündən silmək istəyiblər.

Mühasirə həyatı yaşayanlar son səfərlərinin birində soyuq-şaxtalı günlərdə pənah apardıqları “Portda kahası”na baş çəkərkən daha bir neçə məişət əşyası tapıblar. Avtomat güllələrinin dəlmə-deşik etdiyi samovar, çaynik, qazan, qab-qacaq kahada keçən dözülməz mühasirə günlərinin yadigarıdır. İndi pas tutan, üzərini toz-torpaq örtən həmin əşyalar ağır günlərdə onların əlindən tutan ən vacib məişət əşyaları olub. Həmin günlərdən qalan pal-paltar, yorğan-döşək əvvəlki görkəmini itirsə də, onlar üçün çox doğmadır...

Kəlbəcərin ən böyük yaşayış məntəqəsi sayılan Başlıbel 259 evdən ibarət olub. Dəlidağın ətəyində rayon mərkəzindən 64 kilometr məsafədə yerləşən və 3 232 hektar ərazisi olan kəndin Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzündən əvvəl 1996 sakini olub. 1993-cü ilin mart son günlərində Tunel yolu bağlanandan sonra kəndi tərk edə bilməyənlər Başlıbelin 3 kilometrliyində yerləşən kahalara çəkiliblər. Onların 48-i Başlıbel, 1-i Taxtabaşı kəndlərinin, 4-ü Laçın rayonu sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olub. Aprelin 18-də kənddəki evləri yağmalamağa gələn ermənilər kahalardan gələn tüstünü, qurumaq üçün sərilən pal-paltarları görüb həmin ərazidə məskunlaşma olduğundan şübhələniblər. Sakinlərin sığındığı yeri müəyyən edəndən sonra erməni hərbçiləri tank və digər texnika ilə kahaları mühasirəyə alıb, müxtəlif çaplı silahlardan onların gizləndiyi mağaraları atəşə tutublar. Həmin gecə 18 nəfər sığındıqları yerdə qətlə yetirilib, 14 nəfər girov götürülüb. Erməni quldurları kahaya sığınanları hamılıqla qətlə yetirdiklərini güman edərək ərazini tərk ediblər.

Həmin hadisədən sonra sağ qalan kənd sakinləri kahanı tərk edərək başqa bir kahaya köçüblər, iyulun ortalarınadək orada gizlənmək məcburiyyətində qalıblar. Dörd aya yaxın davam edən çətin və məhrumiyyətlərlə dolu mühasirə həyatı yaşadıqdan sonra onlar gizli yollarla işğal zonasından çıxaraq xilas olub.

...Torpaqlarımızı erməni işğalından azad olandan sonra Başlıbel sakinləri, mühasirə həyatının şahidləri tez-tez kəndə gedərək doğma ünvanları ziyarət edirlər. Bu yaxınlarda həmin yerləri ziyarət edən sakinlər o vaxtdan yanmış evlərin, odlara qalanmış kəndin xarabalıqları arasında sobanın, istifadəsiz qalmış köhnə maşın və texnikaların içindən boy göstərərək günəşə doğru uzanan ağaclar, yeni pöhrələrlə üzləşiblər.

Deməli, yurdun yağmalanması, kəndin odlara qalanması, daşının daş üstə qalmaması heç də son deyil. Düşmənlərin vaxtilə yandırıb viran qoyduğu yerlərdə yeni həyat başlayır...

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
62
Sources
Comment ()
Close

Rating

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24368
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13717
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11930
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
8615
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6205
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5807
Rəisi öldü, Pakistanda matəm elan edildi
5800
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5609
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4046
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3908
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3832
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3624
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3476
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3162
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2820
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2645