EN

Lotu Bəxtiyar haqqında xatirə

Dostlar, mən öz təbiətimə və təhsilimə görə oğru aləmindən daha çox doğru aləminə yaxın adamam. Amma bununla belə, mənim Lotu Bəxtiyarla şəxsi tanışlıığım olub, hətta xatirələrim də qalıb. İcazə versəz, maraq göstərsəz, danışmaq istəyirəm...

90-cı illərdə mən bir müddət Rusiya Federasiyasının Sverdlovsk vilayətində yaşamışam və işləmişəm. Həmin dövrdə Nijni Tagil şəhərində “Azəri” cəmiyyətinin vitse-prezidenti olmuşam. Deməli günlərin bir günü dedilər ki, Bəxtiyar Nijni Tagilə gəlir. Doğrusu, uçmağa qanadım olmadı, mən təbiətcə filosofam. Bəxtiyar da bizim filosof şairdir, Nəsimidən sonra bu adı daşıyanlardan biridir. Nə isə, Bəxtiyar haqqında bildiklərimi, atamdan eşitdiklərimi (mənim mərhum atam şair olub, neçə-neçə şeir kitabı qalıb!) bizim cəmiyyətin prezidentinə danışdım. Kişi “naçitannı” olamasa da, “qramotnı” adamdı, mənim izahatımı dinlədi, uğunub getdi. Dedi kişi, Tagilə Bəxtiyar Vahabzadə yox, lotu – “vor zakon” Bəxtiyar qonaq gəlir. Siz məni qınamayın, mən 1992-ci ilə qədər bu adı eşitməmişdim. Dedim, qardaş, bu kimdir belə, niyə gəlir?! Dedi mən dəvət etmişəm, deyirlər, “Severni Ural”a baxan “vor zakon” Karo ilə Lotu Bəxtiyarın münasibəti yaxşıdır.

Qərəz, Bəxtiyarın görüşünə hazırlaşmağa başladıq. Mən biznes işlərimlə əlaqədar Moskva səfərimi təxirə saldım. Amma mərhum lotu Bəxtiyarın Tagilə gəlişi bizim işlərə böyük ziyan vurdu. Vacib bir məqamı da qeyd edim ki, bizim “Azəri” cəmiyyətinin işinə dəstək verənlər, əsasən iş adamları və polis əməkdaşları idi. Ziyalı təbəqə – müəllimlər, həkimlər bizdən uzaq qaçırdılar və millətin xeyrinə-şərinə yaramırdılar. Bunlar bir qayda olaraq, pul xərcləməyin düşməni, müftə yeməyin dostudurlar. Lotu Bəxtiyar da “malyava” göndərmişdi ki, mənim məclisimdə “it-qurd” iştirak etməməlidir. Kimin it, kimin qurd olmağı, təbii ki, mübahisəli məsələdir. Amma bu xəbər bizim cəmiyyətin polis üzvlərinə çox pis təsir etdi, bir hissəsi bizim cəmiyyəti tərk etdi. Amma Canpolad, Sanqam kimi “dostoynu” oğlanar (indi sağdırlarsa, Allahın salamı olsun!) bizim cəmiyyətə gəldi.

Bizim prezidentin şəhərdə “Lastoçka” adlı restoranı vardı, biz orda Lotu Bəxtiyarı qəbul etdik, şəninə qonaqlıq verdik. Prezidentin tapşırığı ilə tədbirin aparıcılığını mən edirdim. Dostlara maraqlı olar deyə, 92-ci ilin Bəxtiyarını təsvir edim. Mən ortaboylu adamam, hardasa 170-172 olaram, Lotu Bəxtiyar boyda məndən balaca olardı. Hardasa, həmin dövrdə Hind kinolarında hakim obrazını oynayan aktyorları xatırladırdı, qarayanız, qarasaçlı, "viddi" adamdı. Təsəvvür edin ki, bütün məcllisdə (hardasa 30-40 adam iştirak edirdi) iki eynəkli adam vardı - biri mən idim, o biri Bəxtiyar. Qonağımız arada bir dəfə məclisi tərk etdi, hətta məndən, məclisin sahibindən halallıq istədi. Bizim prezident sonra mənə dedi ki, qonağımızın problemi var, iynəyə oturub.

Məclisdə bayaq adını çəkdiyim və indi (üstündən 25 il keçsə də) hörmətlə xatırladığım Canpolad ayağa qalxdı və bizim qonağa öz sualını ünvanladı: “Biz burda bütün millətlərdən çoxuq, amma haqlı sözümüzü deyə bilmirik. Bəlkə siz Karoya söz deyəsiz, millətə bir “polojenes” təyin etsin, bizim mübahisəli işlərimizi həll etsin”. Bəxtiyar ayağa qalxdı və hamı diqqətlə qulaq asdı. Bəxtiyar onda mənim anlaya bilmədiyim qafiyəli bir fikir səsləndirdi: ”Bilirsənmi ki sən, Lotunun məclisində əyləşmisən?!” Canpolad təbiətinə uyğun hərəkət etmək, etiraz etmək istədi. Onun mübariz təbiəti, Azərbaycan kişisinə xas hündür qaməti indi də gözümün önündədir. Bu kişi Allahdan başqa heç kimin qabağından çəkilməzdi...

Sanqam ayağa durdu - o, “avtoritet”li oğlandı, yaşda da ağsaqqaldı və Canpolad oturdu... Sonra dedilər ki, Bəxtiyar gedəndə bizim imkanlı uşaqlar adama min dollar “qrev” edib, Karo da ona təzə, “yağın içində” QAZ-31 verib...

Bizim prezident də mənə dedi ki, “prestupnı mir”də millət söhbəti yoxdur, Bəxtiyar Karoya belə bir söz deyə bilməzdi…

Qalib ARİF

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
50
Sources
Comment ()
Close

Rating

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23630
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13140
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10304
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5683
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5511
Helikopter qəzası ilə bağlı yeni xəbər
5264
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4216
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3745
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3664
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
3553
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3457
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3419
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3053
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2746
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2727
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2519