EN

Güneyli aktivistlər prokurorluğa çağırılıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Güney Azərbaycan milli hərəkatının aktivisti Vədud Əsədi və Səid Minayi bildiriş alaraq Tehran şəhəri porokurorluğuna gəlmələri tələb olunub.

Tehran Prokurorluğunun 5-ci Şöbəsi bildiriş göndərməklə aktivist Vədud Əsədinin elan olunmuş ittihamlara qarşı ifadə verəcəyi bildirilib.

Xatırladaq ki, aktivist Rəşt şəhəri sakinidir və 2024-cü ilin fevralında Təhlükəsizlik İdarəsinin məmurları tərəfindən saxlanılaraq Tehran şəhəri Evin Həbsxanasında yerləşən Təhlükəsizlik İdarəsinin palatasına köçürülüb. 

O, martın 9-u zəmanət qismində 800 milyon tümən dəyərində mülk sənədi qoyuluşu ilə açılmış iş üzrə tədqiqatın bitirilməsinə qədər müvəqqəti azad olunmuşdur.

Həmçinin Tehran şəhəri Prokurorluğunun 5-ci Şöbəsi elektron bildiriş göndərməklə aktivist Səid Minayinin 5 gün ərzində prokurorluğa gəlməsi tələb olunub. 

سعید

Aktivistə qarşı “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə əlbir olma və toplaşma” ittihamı elan olunub.

Minayi binab şəhəri sakinidir və 2024-cü ilin  fevralında saxlanılıb. Həmin ilin mart ayının 13-ü , zəmanət qismində 700 milyon tümən dəyərində mülk sənədi qoyuluşu ilə açılmış iş üzrə tədqiqatın bitirilməsinə qədər müvəqqəti azad olunmuşdur.

visiontv.az



Chosen
39
Sources
Comment ()
Close