EN

Gürcüstan prezidenti hökumətin qərarından xarici dövlət başçılarına şikayət edir

Gürcüstanın baş naziri İrakli Kobaxidze bir müddət əvvəl seçildiyi postda ilk ciddi sınağıyla üzləşib. Müxalifətin öz tərəfdarlarını paytaxt Tbilisidə etiraza çağırmasına baxmayaraq, hökumət “Xarici təsirin şəffaflığı haqqında” qanunu qüvvəyə mindirməkdə qətiyyətini davam etdirir.

Gürcüstan parlamenti bu qanun layihəsini birinci oxunuşda qəbul edib. ABŞ və Avropa İttifaqı qanun layihəsiylə bağlı Gürcüstan hökumətinə təzyiqini artırıb. Bu da hökumətin mövqeyini dəyişməyib. Hakim “Gürcü arzusu” Partiyası Gürcüstanın Avropa İttifaqına üzvlüyü qarşısına hədəf qoysa da, xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və medianın fəaliyyətini nəzarət altına almağa çalışır. Müxalifət və Qərblə yanaşı Gürcüstan prezidenti Salome Zurabişvili də bu qanunun əleyhinədir. Gürcüstanda unikal vəziyyət yaranıb. Gürcüstan prezidenti hökumətin qərarından xarici dövlət başçılarına şikayət edir. Baş nazir isə prezidenti xarici agent adlandırıb. Belə görünür ki, Gürcüstanda bu ilin oktyabr ayındakı parlament seçkiləri dərin ixtilaf içərisində keçiriləcək.

Qonşu Gürcüstandakı olaylar ölkəmizdə diqqətlə və həyəcanla izlənilir. Çünki strateji tərəfdaşımız olan Gürcüstanda sabitliyin pozulması Azərbaycanın maraqlarına cavab vermir. Azərbaycanı Türkiyə və Avropa ilə birləşdirən nəqliyyat dəhlizləri və boru xətləri Gürcüstandan keçir. Gürcüstanın xaosa yuvarlanması enerji və nəqliyyat layihələrinə təhlükə yarada bilər. Zəngəzur dəhlizinin işə düşməsi bu səbəbdən də vacibdir ki, nəqliyyat xətləri şaxələndirilsin və Azərbaycan yalnız bir ölkənin tranzit imkanlarından asılı olmasın.

Elxan Şahinoğlu

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
174
50
Sources
Comment ()
Close

Rating

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24198
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13554
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11531
Helikopter qəzası ilə bağlı yeni xəbər
7869
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5774
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5734
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5590
Rəisi öldü, Pakistanda matəm elan edildi
5375
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3999
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3803
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3705
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3553
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3328
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3119
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2786
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2556