EN

De Bruyne rekorda şərik oldu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Kevin De Bruyne Çempionlar Liqasında  “Real”la görüşlərdəki məhsuldarlığına görə rekorda şərik olub.

Msport.az xəbər verir ki, bu, 1/4 final mərhələsinin cavab matçında gerçəkləşib.

Görüşün 76-cı dəqiqəsində fərqlənən belçikalı yarımmüdafiəçi “Real” önündə bu turnirdə ümumilikdə 8-ci qola töhfə verib. 32 yaşlı pleymeyker “kral klubu” ilə matçlarda 4 qol, 4 assistlə yadda qalıb. Bununla o, “Bavariya”nın sabiq hücumçusu Covanni Elberə məxsus rekordu təkrarlayıb.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında məğlub olan “Mançester Siti” mübarizəni dayandırıb. İlk matçda isə 3:3 hesabı qeydə alınmışdı.

Chosen
209
24
Sources
Comment ()
Close