Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
SOCAR-ın “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Göyçayda təşkil olunub.
E-huquq.az xəbər verir ki, "Səyyar qəbul otağı" sakinlərin ixtiyarına verilməzdən öncə Ağsu RQİİ-nin rəisi görülən işlər haqqında ətraflı məlumat verib.
Bildirilib ki, qazlaşdırma və təmir-bərpa işləri Göyçay rayonu ilə yanaşı, Ağsu regionunun müxtəlif xidmət sahələrində də həyata keçirilir. Daha sonra mikrofon önünə sakinlər çıxıb.
Ünvanlanan 9 müraciətdən 3-ü fərdi yaşayış evinin qazlaşdırılması, 2-si qazın təzyiqinin bəzən zəif olması və qalan 4 müraciət isə köhnə qaz xətlərinin yenilənməsindən ibarət olub. Cəyirli, Bəydövül, Şəkər və Qızılağac kəndlərindən qatılan sakinlərin hər bir müraciəti qeydiyyata alınaraq aidiyyəti üzrə yönləndirilib.