EN

Yeni model avtomobil həvəskarlarını heyran edir - Fotolar

Yeni

Dünya avtomobil bazarında çox önəmli yeri olan İtaliyanın "Lamborghini" avtomobil şirkəti yeni nüsxəsini - “Lamborghini Temerario” modelini debüt etməyə hazırlaşır.

Reyting.az
bildirir ki, yeni “Lamborghini Temerario” haqqında ilk məlumat az öncə ortaya çıxsa da, maşının xüsusiyyətləri və görünüşü barədə ətraflı məlumat verilmirdi. Lakin "Lamborghini Huracan" dövrü bitdikdən sonra media mənsublarının səyi sayəsində yeni hazırlanan maşının, “Lamborghini Temerario”nun ən müasir, son model kimi varis olduğu aşkara çıxıb.

Məlumata görə, bu müasir avtomobil modeli dizaynın və texnologiyanın uğurlu inkişafının növbəti mərhələsinin təmsilçisi kimi istehsalçı üçün yeni dövrün simvolu hesab olunur.



Xüsusi qeyd edilir ki, şirkət çox cəhd göstərsə də, bu maşınla bağlı məlumatların məxfiliyinin qorunması mümkün olmayıb, çünki sınaq məqsədilə maşın dəfələrlə aktiv şəkildə yollarda sürülüb. İtalyan istehsalı olan bu yeni avtomobilin sınağı ərəfəsində onun özəlliyini öyrənməkdən ötrü “Lamborghini Temerario”nu izləyənlər və maraqlananlar üçün gözoxşayan belə bir yeni məhsulun şəklinin italiyalı fotoqrafların peşəkarlığı sayəsində ələ keçirilməsi ilk dəfə deyil.

Yeni modeldə kamuflyaj nisbətən daha az nəzərə çarpan hala gəlib, nəticədə isə yeni detallar üzə çıxıb. “Lamborghini” nəslinə aid “Temerario” xarakterik “Lamborghini” xüsusiyyətlərinin özəlliklərini saxlayır, lakin ensiz fənərləri və mərkəzdə düzbucaqlı hava girişi olan unikal ön dizaynı var. Dizayn elementləri bucaqlı kanardlar və altıbucaqlı gündüz işıqları ilə tamamlanır, onlar da maşında dönmə siqnalı kimi fəaliyyət göstərir.

“Lamborghini” avtomobilinin arxa hissəsi şaquli pəncərə, bucaq sütunları da daxil olmaqla, köhnə modelin xüsusiyyətlərini miras alır və həmçinin mərkəzdə yerləşən altıbucaqlı buraxılış borusu, həm də ensiz LED arxa fənərlər, eləcə də avtomobilin banının arxa hissəsindəki havalandırma yuvaları, aqressiv diffuzorla təchiz edilib.

“Lamborghini Temerario” avtomobilinin yeni modeli, dizaynı, xüsusiyyətləri ilə bağlı məlumatları paylaşan İtaliyanın Mərkəzi Xəbər Xidməti portalı bildirir ki, fotoqraf casuslar bu avtomobilin "Revuelto"-dan götürülmüş olduğu görünən salonuna da nəzər sala biliblər.



Avtomobilin salonunda ön sərnişin üçün və ehtimal ki, diaqonalı 9,1 düym (23 sm) olan dar displey və bucaq vurğuları olan fərqli idarəetmə paneli var. İnteryerin çox hissəsi gizli qalsa da, avtomobilin 12,3 düymlük rəqəmsal alətlər paneli və 8,4 düymlük sensor ekranlı məlumat-əyləncə sistemi, həmçinin düz dibli sükan çarxına sahib olacağı gözlənilir.

“Revuelto” avtomobilinə oxşarlığı olmasına baxmayaraq, bu yeni “Lamborghini” modeli şəbəkədən enerji doldurmaq imkanlarını daha az, ekstremal hibrid quraşdırma ilə alacaq. Ənənəvi 6,5 litrlik V12 əvəzinə isə “Lamborghini Temerario” avtomobilinin 4,0 litrlik iki turbomühərrikli V8 mühərriki ilə təchiz ediləcəyi gözlənilir.

Maşın barədə bütün təfərrüatlar hələ ki, açıqlanmayıb, lakin güman edildiyinə görə, nisbətən çox kiçik litium-ion akkumulyator və ön oxda əlavə elektrik mühərriki olacaq. Bu da yeni model “Lamborghini Temerario” avtomobilinə tam ötürücü sistemi və sırf elektrik idarəetmə rejimini normal qayda ilə həyata keçirməyə imkan verəcək.



Xatırladaq ki, İtaliyanın avtomobil şirkəti "Automobili Lamborghini S.p.A" uzun illər “Lamborghini” brendi altında keyfiyyətli, həm də bahalı idman avtomobilləri istehsal edir. İdman avtomobillərini istehsal edən “Lamborghini” zavodu İtaliyada, Bolonya yaxınlığındakı "Sant Agata Bolognese" kommunası kimi tanınan ərazidə yerləşir. Bu avtomobil şirkəti 1963-cü ildə yerli biznesmen olan Ferruccio Lamborghini tərəfindən təsis edilib. O, həmin illərdə artıq iş adamı kimi kənd təsərrüfatında istifadə üçün iri traktorların istehsalı ilə məşğul olurdu.

Oqtay QORÇU
Reyting.az
Chosen
81
Sources
Comment ()
Close

Rating

Bakıda hoteldə yanğın başlayıb
1421
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
982
Bu yol qovşağında təmir işləri aparılacaq
631
Sabah 5 kəndin qazı kəsiləcək
524
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
442
Bakıda 9 otaqlı evdə yanğın baş verib
428
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
378
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
362
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
319
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
317
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
278
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
231
Çingiz Mustafayevin toyudur - FOTOLAR
231
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
198
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
194
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
179
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
156
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
98
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
93