EN

Çempionlar Liqasının bütün yarımfinalçıları bəlli oldu – Video


İspaniya təmsilçisi “Real Madrid” Çempionlar Liqasının ¼ final mərhələsində İngiltərə çempionu “Mançester Siti”yə penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, əsas vaxt 1:1 hesablı bərabərliklə başa çatıb.
12-ci dəqiqədə “Kral klubu”nun braziliyalı hücumçusu Rodriqo meydan sahiblərinin qolunu vurub. Cavab qolunu isə “şəhərlilər”in belçikalı yarımmüdafiəçi Kevin De Bruyne 76-cı dəqiqədə rəqibin qapısından keçirib.
Əlavə vaxtda komandalar fərqlənə bilməyiblər. “Real Madrid” futbolçuları penaltilər seriyasında daha uğurlu çıxış ediblər və nöcbəti mərhələyə adlayan tərəf olublar.
Xatırladaq ki, Madriddə keçirilən ilk oyunda 3:3 hesablı heç-heçə qeydə alınmışdı.

17 apreldə keçirilən ¼ finalın digər qarşılaşmasında isə “Bavariya” “Arsenal”ı qonaq edib.
Almaniyalı Tomas Tuxelin rəhbərlik etdiyi komanda ikinci matçında London “Arsenal”ını 1:0 hesabı ilə məğlub edib və yarımfinala yüksəlib.
Meydan sahiblərinin qolunu 63-cü dəqiqədə almaniyalı yarımmüdafiəçi Yosua Kimmix vurub.
Xatırladaq ki, Londonda baş tutan ilk görüşdə komandalar heç-heçə oynamışdılar – 2:2.

Qeyd edək ki, yarımfinalda “Real Madrid” “Bavariya” ilə, Fransa təmsilçisi PSJ isə “Borussiya” ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
86
50
Sources
Comment ()
Close