EN

“Traktor” baş məşqçsiz qaldı – İsraillə münaqişəyə görə

İranla İsrail arasında yaşanan hərbi gərginlik futbola da təsirsiz ötüşməyib.

Futbolinfo.az xəbər verir ki, xüsusən də İranda yaşayan bəzi əcnəbi idman adamları ölkəni tərk etməyə başlayıblar. Onlardan biri də “Traktor”un baş məşqçisi Fransisko Xemesdir.

53 yaşlı ispaniyalı çalışdırıcı və onun korpusunda yer alan həmyerliləri ölkələrinə qayıtmaq qərarına gəliblər. Ümumilikdə 4 ispan mütəxəssis səfirliyin köməyi sayəsində İranı tərk edərkən çətinliklərlə üzləşmələrinə baxmayaraq, bir neçə günlük problemdən sonra ailələrinə qovuşa biliblər. Onlar “Traktor”la müqaviləyə xitam veriblər.

Qeyd edək ki, ötən həftəsonu İran İsrailə 300-ə yaxın raket və pilotsuz uçuş aparatı atıb. Bu, iki ölkə arasında vəziyyəti gərginləşdirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
95
2
Sources
Comment ()
Close